Nəbatat bağına yeni nəfəs gəldi

Nəbatat bağına yeni nəfəs gəldiBakı şəhərində ilk dəfə olaraq Nəbatat bağının yaradılması haqqında fikirlər 1930-cu ildən səslənməyə başlanmışdı. O vaxtlar neft sənayesi və respublika mərkəzi kimi inkişaf edən Bakı şəhəri təbii ki, abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Respublikanın yeni bağlara, istirahət parklarına böyük ethtiyac var idi. Eyni zamanda şəhərin və sənaye müəssisələrinin yaşıllaşdırılmasının elmi əsaslara aparılması tələb olunurdu. Bununla əlaqədar olaraq, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin Nəbatat bölməsinin tərkibində təcrübü Nəbatat bağı salmaq üçün yaşıllaşdırma bölməsi təşkil olunur və bu bölmədə bitkilərin örtülü və acıq şəraitdə becərilməsi işinə başlanılır.

Hazırda Nəbatat bağının ərazisi 42 hektara çatdırılıb. Bu yaxınlarda AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Nəbatat Bağının rəhbərliyi dəyişdirilib və Natiq Allahverdiyev direktor təyin edilib. Bu qərar kollektiv tərəfindən yüksək qiymətləndirilib.

Natiq müəllim ilk iş günlərindən kollektivi səfərbər edərək, bağın ayrı-ayrı sahələrinin qurumuş və xəstə ağac və kollardan təmizlənir, başı qurumuş bitkilərə forma verilməsi işlərinə başlayıb. Bir sözlə bağa qulluq işləri genişləndirilir.

Hazırda Mərkəzi Nəbatat Bağında Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş bitki növlərindən təxminən 100-dən çoxu bağın təcrübə sahələrində becərilir. Həmin bitkilərin becərilməsi, onların çoxaldılması və yenidən təbiətə qaytarılması qarşıda duran əsas məsələlərdən biridir. Bu istiqamətdə də artıq mühüm işlər aparılır və gələcəkdə onların genişləndirilməsi nəzərdə tutulub.

Yeni rəhbərlik tərəfindən Mərkəzi Nəbatat Bağının daha da inkişaf etdirilməsində xarici ölkələrin alimlərinin tədqiqatlarından geniş istifadə edilməsinə və müqayisəli təhlilinə xüsusi yer ayrılır. Onun fikrincə yaxın gələcəkdə bu bağ nəinki, respublikada, həm də xarici ölkələrdə özünəməxsus bitki növü müxtəlifliyinə görə tanınmalıdır. Bunlara nail olmaq üçün bütün kollektiv işləməli, Mərkəzi Nəbatat Bağını görmək istədiyimiz səviyyədə inkişaf etdirməliyik.

Texniki işcilər ilk dəfə olaraq xüsusi geyimlərlə təmin edilib. Nizam-intizama ciddi nəzarət edilir və işcilər həvəsləndirici mükafatların verilməsi istiqamətində işlər aparılır.




Füzuli Kərimov
“Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə”
İctimai Birliyinin sədri