Sizin Reklam Burada

Prokurorluq baş həkimin cinayət işi ilə bağlı məlumat yayıb

Prokurorluq baş həkimin cinayət işi ilə bağlı məlumat yayıbBakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri və dövlət vəsaitini mənimsəmələri faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Rəsul Baxşəliyevin Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir olaraq həmin xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin köməkçiliyi ilə müvafiq rəsmi sənədlərə saxta məlumatlar daxil edərək 2009-2021-ci illər ərzində qeyd edilən tibb müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi görüntüsünü yaratmalarına, bu üsulla həmin işçilərə məxsus olub özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş cəmi 626 min 844 manat məbləğində pul vəsaitini mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə əldə edilmiş sübutlar əsasında Rəsul Baxşəliyev, Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyev Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat hissəsinin ödətdirilməsi təmin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər