Sizin Reklam Burada

AzTV-dən Fazil Mustafaya cavab

AzTV-dən Fazil Mustafaya cavabBu gün siyasi partiyaların, ictimai təşkilatların və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən deputat Fazil Mustafa AzTV-nin peşəkarlıq və siyasi hazırlıq baxımından çox geri qaldığını və kanalı formatlamaq lazım olduğunu bildirib.

Əlbəttə, bu, hörmətli deputatın şəxsi fikridir və biz vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın fikirlərinə hörmətlə yanaşırıq. Amma yaxşı olardı ki, hörmətli Fazil müəllim AzTV ilə bağlı fikir söyləməzdən əvvəl zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxa və orada təqdim olunan verilişlərin forma və məzmununa diqqətlə nəzər sala, təhlil edəydi. O zaman AzTV-yə tutulan irad da daha məntiqli və əsaslı, ən əsası, anlaşılan olardı.

Öz növbəmizdə onu deyək ki, AzTV təxminən 3 il öncə həm forma, həm də məzmun baxımından format olunub. Yox, əgər deputat ideoloji baxımdan deyirsə, o zaman məsləhət görərdik ki, yenə də kanalda təqdim olunan süjetlərə, sənədli və bədii filmlərə, videoçarxlara, ən nəhayət, müharibənin hər gününə aid hazırlanan xronikalara, eləcə də şəxsən özünün dəfələrlə iştirak etdiyi gündəlik tok-şoulara diqqətlə baxsın. Bu gün AzTV-nin efirinin 24 saatı 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. Bunu görməmək sadəcə mümkün deyil.

Üstəlik, hörmətli millət vəkili bir neçə gün öncə AzTV-nin parlamentin fəaliyyətini az işıqlandırması ilə bağlı irad bildirmişdi.

Onu da F. Mustafanın diqqətinə çatdıraq ki, artıq bir aya yaxındır AzTV-də həftədə 1 dəfə, 45-50 dəqiqəlik “Parlament saatı” verilişi yayımlanır ki, bunu da millət vəkili bilməmiş olmaz. Belə olan halda F. Mustafanın iradlarını anlamaq, düzü, həm çətindir, həm də qeyri-obyektiv görünür. Bütün bunlarla yanaşı, əgər hörmətli deputatın AzTV-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı əsaslı fikir və ideyaları varsa, görüş formatında və ya yazılı müaciətlə bildirə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər