Sizin Reklam Burada

DSMF-dən xəbərdarlıq: Diqqətli olun, aldanmayın!

DSMF-dən xəbərdarlıq: Diqqətli olun, aldanmayın!“Instagram”da “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir.

Dövlət Sosial Müdafiə Fondundan Avrasiya.net-ə verilən məlumata görə, bu elanlar kiminsə (və ya kimlərinsə) aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib.

Ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək üçün hər hansı bir ödəniş tələb olunmur. İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Ona görə də vətəndaşlara sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik.

Elan sahiblərinə isə bu səhiflərin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməzsə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər