Millət vəkili birinciləri sevindirib - Siyəzən və Şabranda

Millət vəkili birinciləri sevindirib - Siyəzən və ŞabrandaDəyərli dostlar!

Yeni dərs ilinin açılması xəbəri hamını, xüsusi ilə də 1-ci sinifə gedəcək balaca dostlarımızı çox sevindirdi. Biz də İnci Şirkətlər Qrupunun rəhbəri Mikayıl Yusifovla birlikdə bu sevinci bölüşmək üçün Siyəzən və Şabran rayonlarında balaca dostlarımızın görüşünə getdik.
Maraqlı keçən görüşdən sonra onlara ümumilikdə 75 ədəd, 1-ci sinif şagirdinə lazım olan bütün ləvazimatlarla birlikdə çantalar hədiyyə etdik. Mikayıl müəllimə bu xeyirxah işdə yaxından iştirakına görə dərin təşəkkürümü bildirirəm.

Bu məqamda bir xatirəmi də sizinlə bölüşmək istəyirəm. Birinci sinifə gedəndə "Bilik günü" münasibəti ilə məktəbimizin direktoru Akif müəllim mənə bir karandaş bağışlamışdı. O hədiyyəni uzun müddət, son günlərədək saxlamışdım, həmin günü isə bu günkü gün kimi xatırlayıram.

Əziz balalar, sizə dünyanın bütün gözəlliklərini arzulayıram!
Tanrı sizi qorusun!

Sadiq Qurbanov
Millət vəkili