Cəmil Babayev iki erməni hərbçi ilə dəyişdirildi

Cəmil Babayev iki erməni hərbçi ilə dəyişdirildiAğdərədə tutulan Azərbaycan ordusunun hərbçisi Cəmil Babayev Bakıda saxlanılan iki erməni hərbi qulluqçu ilə dəyişdirilib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradov erməni əsirləri qaytarmaq üçün Bakıya gəlib.

Təyyarənin təxminən bir saat sonra İrəvana çatması planlaşdırılır.

İrəvana qaytarılan erməni hərbçilər Artur Nalbandyan və Aramais Torozyandır.

Qeyd edək ki, Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Ağdərə ərazisinə keçmişdi.