Sizin Reklam Burada

Birinci doza vaksin vurduranların nəzərinə: Diqqətli olun!

Birinci doza vaksin vurduranların nəzərinə: Diqqətli olun!Son günlər ölkədə vaksin olunduqdan sonra koronavirusa yoluxmayla bağlı şikayətlər artıb. Bu barədə sosial şəbəkələrdə tez-tez məlumatlar paylaşılır. Bildirilir ki, xüsusən birinci doza vaksindən sonra koronavirusa yoluxanların sayı artıb.

İnsanlar bunu bir çox amillərlə əlaqələndirirlər. Bəziləri hesab edir ki, sentyabrın 1-dən tətbiq olunacaq məhdudiyyətlərə görə kütləvi şəkildə xəstəxanalara axın var. Bu da poliklinikalarda sıxlığa, karantin qaydalarının pozulmasına gətirib çıxarır ki, nəticədə yoluxma sayı artır.

Bəs əsas səbəb nədir?

Avrasiya.net xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a danışan infeksionist Mərdan Əliyev birinci doza vaksinin koronavirusdan qorumadığını deyib:

“Ümumiyyətlə, vaksinin içlik vərəqində də yazılıb ki, hər iki doza vurulmalıdır. Birinci doza vaksin qorumur. Peyvəndin birinci dozası vurulur, 28 gün və ya təqribən 1 ay sonra 2-ci doza vurulur. Vaksin birinci dozadan 7 həftə, 2-ci dozadan isə 3-4 həftə keçdikdən sonra qorumağa başlayır. Ona görə də 1-ci doza vurduran insanların çoxu asanlıqla yoluxa bilərlər. Bu şəxslər özlərini mütləq qorumalıdırlar. Hər iki doza vaksinasiyadan ən azı 3 həftə sonra peyvənd qorumağa başlayır. Yoluxanlar xəstəliyi yüngül keçirirlər. Yəni əksər hallarda ölümcül olmur. Amma yoluxma ehtimalları həmişə var. İnsanlar özlərini hər zaman qorumalıdırlar. Maska taxmalı, sosial məsafəyə riayət etməlidirlər”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər