AzTV kadr dəyişikliyi ilə bağlı yayılan məlumatları təkzib edib

AzTV kadr dəyişikliyi ilə bağlı yayılan məlumatları təkzib edibBu gün bəzi saytlarda Azərbaycan Televiziyasında (AzTV) kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb.

İnformasiyalarda məsul şəxslərin adları çəkilir və onların AzTV-dəki işindən azad olunduğu və ya yerdəyişmələr edildiyi bildirilir.

QSC-nın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Avrasiya.net-ə bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur. Yazılarda adları çəkilən əməkdaşlarımızın hər biri öz işinin başındadır. Televiziyamızın kadr strukturunda da hər hansı dəyişiklik baş verməyib.

Bir daha bildiririk ki, hər hansı məlumatı dəqiqləşdirmədən, TV-nin mövqeyini öyrənmədən yalan və əsassız materialları ictimaiyyətə ötürmək “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla zidiyyət təşkil edir. Eyni zamanda, əsassız məlumatlar yaymaq məsuliyyətsizliklə yanaşı, oxuculara hörmət etməməkdir.