Sizin Reklam Burada

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

Tanınmış telejurnalist həkimi məhkəməyə verdiTanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, iddia ərizəsində G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) "Buta" Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət etdiyi qeyd olunub.

Həmin klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və "Buta" Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.

İddia ərizəsi Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.

A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün ölkə rəhbərliyinə daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, səhiyyə nazirinin müavininə və s. qurumlara müraciət edib. G.Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər