Sizin Reklam Burada

Sakinlər millət vəkilini böyük coşqu və alqışla qarşıladılar - FOTOLAR

Sakinlər millət vəkilini böyük coşqu və alqışla qarşıladılar - FOTOLARMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov növbəti xeyriyyəçilik aksiyası çərçivəsində Siyəzən və Şabran rayonlarının bir neçə kəndinə gedərək şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə görüşüb, onları Qurban bayramı münasibətilə təbrik etdi.

Həmin xeyriyyəçilik aksiyasında iştirak edən Avrasiya.net-in əməkdaşı xəbər verir ki, millət vəkili, YAP-ın Siyəzən və Şabran rayon təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlcə Siyəzən rayonun Zarat, Böyük Həmyə, Yenikənd, Sadan və Eynibulaq kəndlərinə səfər edərək yerli camaatla görüşdü. S.Qurbanovun təşəbbüsü ilə adıçəkilən kəndlərin hər bir məscidində kəsilən qurbanlar şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrə paylanıldı. Eyni zamanda Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxundu, qazilərimizə və müharibə iştirakçılarına Allahdan cansağlığı diləndi.

Daha sonra S.Qurbanov Yenikənd kəndində "Şəhid guşəsi"ni ziyarət etdi, ruhlarına dualar oxundu. Zarat və Yenikənd kənd sakinləıri ilə görüşdə millət vəkili onların sosial problemləri ilə maraqlandı. Səmimi keçən görüşlərdə sakinlər millət vəkilinə onların problemlərini diqqətdə saxlayıb həllinə çalışdığına görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, təkcə əlamətdar gün və bayramlarda deyil, S.Qurbanov həmişə onları yad edib, sosial problemləri, yaşam tərzləri ilə maraqlanıb. Kəndlərin qlobal problemlərinin həllində əlindən gələni əsirgəməyib. Elə zamanlar olub ki, millət vəkili ayrıca olaraq hər bir kənd sakinin qapısını döyərək onun qonağı olub.

Siyəzən səfərinin sonunda millət vəkili Ağbaş kəndində yolun tikintisi ilə tanış oldu. Burada da kənd əhli millət vəkilini mehribanlıqla qarşılayaraq onunla həmsöbət oldu. Müqəddəs Qurban bayramında kənd sakinlərinin görüşünə gəldiyinə görə millət vəkilinə təşəkkürlərini bildirdilər.


Günün ikinci yarısında S.Qurbanovu Şabran rayon Baş Əmirxanlı kənd sakinləri gözləyirdilər. Burada yaşı 100-ə yaxın olan kənd məscidinin bərpasından sonra açılış mərasimi və ilk azan səsləndiriləcəkdi. Millət vəkili deyilən, yəni azan verilən vaxtda gəldi. Məscidin həyətinə yığışan kənd əhli S.Qurbanovu sevinclə qarşılayaraq onu üzük qaşı kimi dövrəyə aldı. Baş Əmirxanlı, onun ətrafındakı kəndlər də millət vəkilinə doğmaydı. Millət vəkili ora yığışanların hər birini ayrı-ayrılıqda tanıdı. Əvvəlcə S.Qurbanova illərdir qaz üzünə həsrət qalan Əmirxanlı kəndinin qazlaşdırılmasında göstərdiyi köməkliyinə görə minnətdarlıqlarını bildirdilər. Sonra kəndin yeganə - su problemi olduğunu millət vəkilinin diqqətinə çatdırdılar. Millət vəkili bu problemin də həllinə səy göstərəcəyini onların diqqətinə çatdırdı. Burada da millət vəkili ilə sakinlər arasında səmimi söhbətlər oldu. Bərpadan sonra məscidə baxış keçirildi.

Daha sonra millət vəkilinin iştirakı ilə bərpa olunan məsciddə namaz qılındı. Bayram günündə bütün şəhidlərin ruhlarına dualar oxundu. Namaz qılındıqdan sonra da millət vəkili sakinlərlə ayaqüstü söhbətlərini davam etdirdi. Hər birinin ayrıca problemi dinlədi, qeydiyyatı aparıldı.
Kənd ziyalılarından olan Yavər İbrahimov kəndin sosial problemlərinin həllində öz köməkliyini göstərən və hər bir kənd sakininə qayğı və diqqətini əsirgəməyən S.Qurbanova kənd camaatı adından yenidən təşəkkürünü çatdırdı. Ölkənin sosial, iqtisadi inkişafında Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu, əvəzsiz xidmətləri vurğulandı. Təşəkkür kənd camaatını gözü qarşısında oxundu və razılıqla qarşılandı. Bu istiqamətdə hökumətin həyata keçirdiyi siyasətin kəndlilər tərəfindən rəğbətlə qarşılandığı və dəstəkləndiyi bildirildi.


Hər bir sakin millət vəkilini öz evində qonaq görmək istəyini bildirdi. Lakin növbəti görüşlərin olduğundan vaxt məhdudiyyəti buna imkan vermədiyindən, S.Qurbanov bu istəyi növbəti görüşlərdə reallaşdıracağını bildirdi. Millət vəkili hər bir kənd sakini ilə sağollaşdı, hamı ona uğurlar arzuladı və yenidən onunla görüşmək arzusunda olduqlarını bildirdilər.

S.Qurbanov və onu müşayət edən rəsmilər, media nümayəndləri Baş Əmirxanlıdan sonra Ceyranlı kəndindən İkinci Qarabağ Müharibəsində şəhid olan Sahil Babayevin doğulduğu evi ziyarət etdilər. Şəhidin atası Çoşqun kişi də hər dəfə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə S.Qurbanova təşəkkürünü bildirdi. S.Qurbanov şəhidin ata evində çay süfrəsinin qonağı oldu. Çay içiləndən sonra ənənəvi olaraq şəhidin ruhuna dualar oxundu.

Yeri gəlmişkən, onu da qeyd edək ki, S.Qurbanovun təşəbbüsü ilə kəsilən qurban payları məscidə toplaşanlara paylanıldı. Eyni zamanda ətraf kənddən olan şəhid ailələri də yaddan çıxmadı.

Ceyranlı kəndindən sonra növbəti dayanacaq Padar kəndi oldu. Əsas məqsəd millət vəkilinin təşəbbüsü ilə çəkilən asfalt yola baxış idi. Mərkəzi yoldan təxminən 500 metr kəndə gedən yol tamamilə yeni asfaltla örtülmüşdü, maşınlar rahat gedib, gəlirdi. İlk dayanacaq yer kənd orta məktəb oldu. Məktəbin həyətində salınan bağ qonaqları valeh etdi. S.Qurbanovun kəndə gəldiyi xəbərini eşidənlər onun görüşünə gəldilər. Burada da sakinlər millət vəkilinin fəaliyyətindən razı qaldıqlarını bildirdilər. Məktəbin direktoru Akif Fərmanov qeyd etdi ki, hələ sovetlər dönəmindən bu vaxtadək Padar və Bor-bor kəndlərinin yolu asfalt üzü görməyib. S.Qurbanovun təşəbbüsü ilə kəndin yolu asfaltlanıb. Bu da kənd camaatını böyük sevincinə səbəb olub. Ona görə də kənd əhli millət vəkilindən razıdırlar və onun kəndə hər gəlişi sakinlər üçün bayramdır.

Lakin yolun körpüyə çatmamış 400 metr uzunluqda hissəsinə asfatl döşənmədiyi də millət vəkilinin nəzərinə çatdırıldı. Hansı səbəbdən işin yarımçıq qaldığının bilinmədiyi söylənildi. Millət vəkili sakinlərlə birlikdə həmin əraziyə getdi, problemlə yerindəcə tanış oldu. S.Qurbanov elə oradan, sakinlərin yanında lazımı orqanlarla əlaqə yaratdı və problemi onların diqqətinə çatdırdı. Yolun qalan az bir hissəsinin də tezliklə təmir ediləcəyini və buna görə narahat olmamalarını bildirdi...

... Beləcə, iyulun 20-də Qurban bayramının ilk günündə millət vəkili S.Qurbanovun Siyəzən və Şabranda bir neçə kəndin sakinləriylə keçirdiyi bayram görüşü başa çatdı. Millət vəkilinin keçirdiyi bütün görüşlərdə sakinlərin ona olan sevgisi, inamı, etibarı, güvəni aydın hiss olunurdu. Səmimiyyət, sadəlik, sözübütövlülük millət vəkilini tez bir zamanda seçicilərinə sevdirib. Tez bir zaman ifadəsini ona görə yazdıq ki, parlament seçkilərinin üstündən il yarım vaxt keçib. Onun da bir ili pandemiya vaxtına düşdü, sərt qayda və qadağalar... Özləri demişkən, Şabran və Siyəzən axır ki, əsl millət vəkilini S.Qurbanovun timsalında görə biliblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər