Sizin Reklam Burada

Media sahəsində islahatlar bu sektorun inkişafına imkan verəcək

Media sahəsində islahatlar bu sektorun inkişafına imkan verəcəkCəsarət Hüseynzadə: “Azərbaycanda Vahid Media Reyestrinin yaradılması da vacib amildir”

Media ilə bağlı islahatların aparılması və bu sahədə yeni qanunvericilik bazasının formalaşması istiqamətində aparılan tədbirlər jurnalistlərin çoxdan arzuladığı bir proses idi. Xüsusən onlayn mediaya dövlət dəstəyinin göstərilməsi ilə bağlı uzun müddət idi ki, gözləntilər var idi. Qələm əhli bu prosesi medianın inkişafına təkan fürsəti kimi qiymətləndirir. Təəssüf ki, bəzi “ekspertlər” isə bu prosesdən necə faydalana bilərəm və yaxud bu prosesi necə əngəlləyə bilərəm deyə düşünür.

Avrasiya.net xəbər verir ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə “Xalq Cəbhəsi”nə verdiyi aşıqlamasında bildirib ki, bəzi ekspertlərin vaxtilə irəli sürdüyü arqumentlər bu gün onun işinə gəlmirsə, artıq həmin arqumentlərə və xarici təcrübəyə istinad etmir. Çünki onların məqsədi real təklif irəli sürmək və ya müzakirə deyil, sadəcə tənqid və əks mövqe nümayişidir. Elə həmin şəxslərin müsahibələrinə diqqət etsək ümumi və nəzəri sözlərlə zəngin, lakin real və mövcud şəraitlə bağlı heç bir əhəmiyyətli fikiri özündə etiva etməyən mövqedir:

“Yeni dünya düzənində dövlət təkcə sərhədlərini qorumaqla təhlükəsizliyini təmin edə bilmir. İndiki dövrdə düşmən sərhədi keçmədən də, dövlət üçün təhlükə törədə bilər. Bunun üçün müxtəlif mexanizm və alətlər mövcuddur. Belə bir şəraitdə dövlətin əsas vəzifələrindən biri də müxtəlif həssas sahələrə dövlət dəstəyini göstərməklə həmin sahənin inkişafına nail olmaqdır. Belə bir həssas sahələrdən biri də heç şübhəsiz mediadır. Müxtəlif dövlətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən və Azərbaycana fokuslanan onlarla media subyektləri mövcuddur. Həmin media subyektlərinin qərəzli və sifarişli mövqelərini 44 günlük müharibə dövründə bir daha gördük. Belə bir şəraitdə ölkə mediasının inkişafına yönələn dəstək proqramlarının həyata keçirilməsi çox vacibdir”.

C.Hüseynzadənin fikrincə, bu gün medianın dövlət dəstəyinə ehtiyac olmasını təkcə dövlət müəyyən etmir. Bu həm də hazırda media sektoru tərəfindən gələn bir ictimai sifarişdir. Çünki bir çox media qurumları fəaliyyətinin inkişaf etdirilməsi üçün əlavə dəstəyə ehtiyac duyur.

Başqa bir məqam isə ondan ibarədir ki, dövlətin özünün müəyyən etdiyi öhdəlikləri var. Bu öhtəliklərdən biri də ehtiyac duyulan həssas sahələr ilə bağlı dövlət dəstək mexanizmlərinin olmasıdır. Bu baxımdan dövlət ehtiyac meyaralrını müəyyən etməklə konkret yardım mexanizmlərini işə salır. Çünki, dövlətin siyasəti təkcə bu gün ilə məhdudlaşamamalıdır, sabahın da gözləntilərini özündə ehtiva etməlidir.

Dövlətin mediaya dəstək göstərməsi ənənəsini Azərbaycan ixtira etməyib və ya bu dəstək təkcə Azərbaycanda reallaşmır:

“Əksər ölkələrdə, o cümlədən aparıcı Qərb dövlətlərində mahiyyət etibarı ilə bu dəstək mövcuddur. Sadəcə olaraq bu dəstəyin forma və tətbiq etmə mexanizmləri fərqli ola bilər. Yaxud bu dəstəyi ayrı – ayrı dövlət orqanları həyata keçirə bilər. Bu birbaşa dövlət büdcəsindən yardım formasında, Mədəniyyət nazirliyinin dəstəyi ilə, yaxud hər hansı fond və ya qurum vasitəsilə mümkündür. Məqsəd və nəticə isə dəyişmir. Bu isə demokratiyanın və şəffaflığın əsas atributu olan, söz və ifadə azadlığını həyata keçirən medianın fəaliyyətinin inkişaf etdirlməsidir. Və yaxud medianın zəifləsməsinin qarşısını almaqdır”.

Həmsöhbətimiz beynəlxalq təcrübəyə də toxunub. Qeyd edib ki, beynəlxalq təcrübədə də uzun müddətdir ki, jurnalistlərin peşəkarlığının artırılması, medianın inkişafının təmin edilməsi, müxtəlif fikirli media subyektlərinin dəstəklənməsi, söz və ifadə azadlığının təmin olunması, medianın kənar qüvvələrin təsirindən qorunması, həssas sahələr üzrə ixtisaslaşmış jurnaslitikanın inkişafı, medianın institusional və s. sahələr üzrə dəstək mexanizmləri mövcuddur.

Hər bir mexanizm həyata keçirilərkən yerli reallıqların nəzərə alınması vacib şərtdir. Nümunə üçün MEDİA Agentliyinin onlayn media üçün keçirdiyi müsabiqədə jurnalistlər üçün minimum əmək haqqı ilə bağlı şərti yerli reallığın nəzərə alınması kimi qeyd edə bilərik. Həmin şərt bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Çünki bu şərt jurnalistlərin sosial iqtisadi vəziyyətinin təmin olunması məqsədi daşıyır:

“Bu baxımdan hesab edirəm ki, medianın inkişafını arzulayan hər bir şəxs prosesə töhfə verməyi hədəfləməlidir. MEDİA Agentliyi inkişafa yönələn təkliflərə açıqdır və onların sosial şəbəkələr üzərindən aktiv fəaliyyəti də bunu deməyə əsas verir. Təkliflərə dərhal reaksiyalar var, hətta tənqidlərə dözümlülük nümayiş etdirilir və alternativ mövqe istənilir. Fikirimcə bu amil çox vacibdir.

Mediaya dövlət dəstəyinə gəlincə zəruri məqamda dövlətin Kütləvi Informasiya Vasitələrinə maddi dəstək göstərməsi Qərbdə normal media mühiti formalaşdırmağın komponentlərindən biri sayılır.

İsveç hökumətinin hesabatına diqqət etsək görürük ki, təkcə 2020-ci ilin ilk 6 ayı ərzində ölkə KİV-lərinə təxminən 18 milyon avro maddi yardım ayrılıb.
Danimarka hökuməti eyni dövrdə KİV-lərin inkişafı üçün 4 illik maddi dəstək proqramının icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Norveç hökuməti isə eyni zaman kəsiyində mediaya maddi dəstək proqramları üçün 27 milyon avro ayırıb.

Avropanın başqa ölkəsi olan İşveçrədə ötən il eyni zamanda çap mediasına dövlət dəstəyin artırlması haqqında dəstək paket qəbul edilmişdir. Federal hökumət bu dəstək paketini demokratiya üçün vacib element sayılan media üçün son illərdə gəlirlərinin azalması fonunda qəbul etmişdir.
Bundan başqa yeni paketə əsasən onlayn KİV-lər də bundan sonra dövlət tərəfindən maliyyə dəstəyi almağa başlamışdır. Həmin media subyekləri üçün bu vəsaiti əldə etmək üçün redaksiya məzmununu reklamdan aydın şəkildə ayırmaq, geniş auditoriya üçün məzmun yaratmaq və jurnalist qaydalarına riayət etmək də daxil olmaqla müəyyən şərtlər qoyulmuşdur. İsveçrə Federal hökuməti böhran dövründə eyni zamanda İsveçrə Yayım Korporasiyasına, özəl radio və televiziyalara və xəbər agentliyinə də maliyyə yardımını artırmışdır


Avropa ölkələrində mediayaya dövlət dəstəyi proqramları ATƏT-in media komissarının 2020-ci il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə yayımlanan məruzəsində də alqışlanır, "pandemiya səbəbindən çətinlik çəkən mediaya maddi cəhətdən dəstək olmaq" üçün dövlətlərə çağırış edilir.

Göründüyü kimi müasir dövrdə Avropa ölkələrində dövlətlərin KİV-lərə maddi dəstək proqramları icra etmələrini "KİV-ləri nəzarətə götürmək siyasəti" kimi şərh edilmir. Əksinə, bu dəstək proqramları demokratik mühitin inkişaf etdirilməsinə, keyfiyyətli informasiya alınmasına tövhə kimi qiymətləndirirlir”.

C.Hüseynzadə media sahəsində səliqə yaratmağın vaxtı çatdığını bildirib.

Qeyd edibki,mətbuat azad və müstəqil olmalıdır. Hər birimiz bu fikirlə razıyıq və eyni zamanda bu azadlıq və müstəqilliyin “kölgəsi altında” öz “fəaliyyət”ini həyata keçirən xeyli sayda işbazların və reketlərin varlığından da xəbərdarıq. Bu “media mənsubları” müxtəlif vəsiqələrlə qapı-qapı düşərək, illərdir diləndiyindən, hər hansı quruma müraciət edərkən bizə də eyni münasibətin sərgiləndiyindən də narahatıq. Hər birimizə məlum olan bu acı həqiqətin aradan qaldırmaq üçün bir mexanizm və yaxud yol tampaqda da aciz qalmışıq. Hesab edirəm ki, mediada səliqə -sahaman yaratmağın vaxtı çatmışdır. Həyata keçirilən islahatlar fonunda, hazırlanan qanunvericilik bazasında bu problemlərin həlli üçün mexanizmlər nəzərdə tutmaq vacibdir. Əks halda jurnalistika adı altında reketliklə məşğul olan şəxslərin qarşısını ala bilməyəcəyik.

Xüsusən hazırlanan yeni qanunda media subyektlərinin və onların əməkdaşları ilə bağlı qaydalar bu sahədə vəziyyətin normalşaması üçün əlverişli imkan yarada bilər. Bildiyimiz kimi, qanunda heç kimə hər hansı fəaliyyətlə bağlı məhdudiyyət qoyulmayacaq, paralel olaraq əlavə imkanlar qazanmaq üçün müəyyən peşəkarlıq və texniki tələblər irəli sürüləcək:

“Bu baxımdan Azərbaycanda Vahid Media Reyestrinin yaradılması da vacib amildir. Bu gün ölkədə yeganə sahə media sahəsidir ki, məlumat bazası yoxdur.
Media subyektləri fəaliyyətə başlamazdan öncə informativ reyestrə özləri haqqında məlumatlar daxil etməsi gələcəkdə həm də dövlətin media ilə bağlı həyata keçirdiyi proqram və layihələrin genişləndirməsi üçün də tutarlı mənbə rolunu oynaya bilər.

Eyni zamanda jurnalistlər üçün nəzərdə tutulan Vahid Jurnalist vəsiqəsi də könüllü əsasla olmasında baxmayaraq vacib element sayılmalıdır. Bir çox ölkədə mövcud olan vahid vəsiqə sistemi özünü doğruldacağına inam böyükdür. Bəzi insanların tərəddüdləri baxımdan ilkin mərhələdə könüllü olan vahid vəsiqə sistemi özünü doğrultuqdan sonra bu vəsiqəni jurnalistlərin yeganə tanıtım sənədi kimi də inkişaf etdirmək olar.

Eyni zamanda ciddi narahatçılıqlardan biri də internet televizya adı altında 50-100 izləyicisi olan bəzi şəxslərin televiziya məfhumu ilə manipulyasiya etməsidir.

Hesab edirəm ki, internet televiziyalar üçün nəzərdə tutulan davamlı yayım ideyası da çox məqbul variantdır. Bu standartlar media sahəsində peşəkarlığın artmasına və inkişafa tövhə verəcəkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər