Sizin Reklam Burada

Azərbaycanın bu bölgəsində xəzinə tapıldı - Kənd nəzarətə götürüldü

Azərbaycanın bu bölgəsində xəzinə tapıldı - Kənd nəzarətə götürüldüAğcabədi rayonunun Hacılar kəndində əvvəllər bilinməyən xəzinə aşkarlandığı iddia olunur.

Yerli sakinlərin sözlərinə görə, hazırda kənd polis tərəfindən nəzarətə götürülüb və orada tədqiqat işləri aparılır.

Hər şey Vətən müharibəsi zamanı ermənilərin Hacılar kəndini dəfələrlə atəşə tutması və yerli sakinlərin evlərinə ziyan vurması ilə başladı. 53 yaşlı Tələt Quliyevə məxsus evə də ziyan dəydi. T.Quliyev Bakıda yaşayırdı və bu yay doğma kəndinə ata evini bərpa etmək üçün yollanıb.

Bir neçə gün əvvəl qazıntı işi apararkən yer altından sarı külçələr çıxıb. Kənd sakinlərinin sözlərinə görə, dərhal dövlət orqanları məsələ ilə bağlı məlumatlandırılıb.

“Məmurlar gəldi. Külçələrdən nümunələr götürüb laborator araşdırma üçün aparıldı. Hələlik heç bir məlumat yoxdur”, - deyə yerli sakinlər bildirib.

Tələt Quliyev söyləyib ki, kəndlərindən vaxtilə başlanğıcını Kəlbəcər dağlarından götürən çay axırmış: “Uşaqlıqda biz hətta həmin çayda çimirdik. Ancaq Qarabağdakı müharibədən bir müddət əvvəl çay qurudu. Ola bilər, axıntı bu külçələri həyətimizə gətirib. Onların qızıl olduğunu deyə bilmərəm, rəsmi məlumat hələ ki yoxdur”.

O əlavə edib ki, külçələrin tapıldığı ərazinin şəklini çəkmək dövlət orqanları tərəfindən qadağan edilib. T.Quliyevin sözlərinə görə, külçələrin qızıl olduğu təsdiqlənərsə, dəyərinin 25%-i ona veriləcək. (haqqın.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər