Sizin Reklam Burada

Kaxa Kaladze: "Bakı gözəlliyi və mədəniyyətilə seçilir"

Kaxa Kaladze: "Bakı gözəlliyi və mədəniyyətilə seçilir"“Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb. Son vaxtlarda Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib”.

Avrasiya.net xəbər verir ki, bunu Bakıya səfərə gələn Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərlə verdiyi müsahibədə bildirib.
Ölkəsində Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verildiyini deyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.

Gürcüstan paytaxtının meri həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək şəhərdə görülən quruculuq, yaşıllaşdırma və abadlıq işlərinə yüksək qiymət verib.

“Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir” – deyə qonaq fikrini çatdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər