Sizin Reklam Burada

Bərdə rayonunda şəhidin doğum günü qeyd olunub

Bərdə rayonunda şəhidin doğum günü qeyd olunub10 iyul 2021-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin tapşırığına əsasən Vətən müharibəsində şəhid olan Bərdə rayonu Xanağalı kəndindən olan şəhidimiz Nərimanov İdris Nazim oğlunun cənnətdəki ilk ad günü münasibəti ilə şəhidin ailəsi ziyarət olunmuş, qəbirüstü abidəsinə gül dəstələri qoyulub.

Rayon İcra Hakimiyyətində Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə, SHXÇDX-in Bərdə rayon şöbəsinin nümayəndəsi kapitan Samir Məmmədov, "Qarabağ Qaziləri" İctimai birliyinin sədri Sürəddin Səfərov, Bərdə rayon İcra Hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhim Kazımov, Bərdə taborunun sabiq komandiri Qarabağ əlili Gəray Əsədov və kənd ictimaiyyəti iştirak ediblər.

Tədbirdə iştirak edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açaraq şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən fikirlərini bildiriblər.

Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər