Sizin Reklam Burada

Ocaqnejat Paşazadədən niyə öndə idi? - QMİ

Ocaqnejat Paşazadədən niyə öndə idi? - QMİAzərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri zamanı İranın Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın məsciddə mehrabın önündə dayanaraq namaz qılması sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejatın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına (imam olmasına - red.) etiraz ediblər.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Report-a açıqlamasında orada bütün vacib namazların şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılındığını bildirib:

"Şuşa səfərində Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri, Türkiyənin və İranın Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri iştirak edirdilər. Əvvəla, onu qeyd edim ki, orada bir sıra dini ayinlər icra edildi. Xristianların da kilsədə dini ayinləri icra olunan zaman müsəlman din xadimləri orada iştirak edirdilər. Bundan əlavə, məsciddə vacib namazların hamısı şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Həmin fotoda olan namaz isə müstəhəb namazdır və camaat namazı şəklində qılınmayıb, hər kəs fərdi olaraq namazını qılıb".

QMİ sədrinin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, orada Türkiyə səfirliyinin dini işlər üzrə nümayəndəsi də dualar oxuyub və çıxış edib.

Onun sözlərinə görə, hədiyyə namazları qılınan zaman İran nümayəndəsi də namaz qılıb:

"Burada siyasi məqsədlər axtarmaq kökündən yanlışdır. Orada fərdi qaydada ibadətlər həyata keçirilib. Şəkildən də görünür ki, orada hər kəs məscidin fərqli yerlərində durub ibadət edir. İranın nümayəndəsi höccətülislam Ocaqnejat da orada namaz qılıb və dua edib. Mərasim bitəndən sonra Türkiyə səfirliyinin nümayəndəsi dualar etdi və din xadimləri buna "Amin!" dedilər. Yəni burada başqa heç bir məqsəd olmayıb, kiminsə öndə və ya kiminsə arxada olması məsələsi deyil".

Din xadimi həmçinin Şuşa səfərinin təəssüratından da danışıb. O bildirib ki, Şuşa Azərbaycanın sözün həqiqi mənasında mədəniyyət paytaxtıdır:

"Şuşanın qəribə bir izaholunmaz atmosferi var. Növbəti dəfə o fəzada olmağımız bizə çox böyük məmnunluq hissi yaşatdı. Burada müxtəlif dini konfessiyaların nümayəndələri ilə birlikdə müxtəlif məkanları ziyarət etdik. Həm kilsə ziyarət olundu, həm Yuxarı Gövhərağa məscidində yenidən namaz qılındı. Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycanda dinlərarası, məzhəblərarası barış və anlaşma mühiti var. Azərbaycandakı bu mühitin dünyaya məhz Şuşadan nümayiş olunması olduqca əhəmiyyətlidir".axar.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər