Sizin Reklam Burada

Kolumbiya qəhvəsinin təqdimatı keçirilib

Kolumbiya qəhvəsinin təqdimatı keçirilibKolumbiyanın ölkəmizdəki Səfirliyi, “Urban Coffee” və Rusiyada fəaliyyət göstərən “ABA Factory” ilə birgə Kolumbiya qəhvəsinin təqdimatı keçirilib.

Kolumbiyada becərilən fərqli qəhvə çeşidlərinin sərgiləndiyi tədbirdə Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas, “Urban Coffee”nin sahibi Anar Məmmədov, Rusiyada fəaliyyət göstərən “ABA Factory”nin sahibi Murov Məmmədov, Nakçıvan Muxtar Respublikasının Bakıdakı ofisinin sədri Bəxtiyar Məmmədov, millət vəkili Rüfət Atakişiyev, eləcə də kofe şirkətlərinin nümayəndələri, “Baku Cigar Klub”un üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan səfir Luis Antonio Dimate Kardenas qeyd edib ki, bir neçə həftə öncə, Bakının küçələrində gəzən zaman qədim arxitekturalı bir binanın altındakı qəhvə məkanı diqqətini çəkib. Orada olub və məkanın sahibi Anar Məmmədovla bu qərara gəliblər ki, Kolumbiya qəhvəsinin təqdimatına dair birgə tədbir keçirsinlər.

“Dünya səviyyəsidə qəhvə istehsalı və qəhvə bazarında püxtələşmiş, peşəkar dostumuz Murov Məmmədovla pandemiya həyatımıza girməzdən bir neçə ay öncə - 2020-ci ilin başlarında keçirilən İkinci Bakı Çay və Kofe Festivalında tanış olmuşuq. Düşündük ki, tədbiri Murovun peşəkar dəstəyi olmadan keçirmək olmaz və o, bizim bu təklifimizi müsbət qarşıladı” deyən diplomatın sözlərinə görə, məhz bu tədbir nəinki Kolumbiyanın qəhvə mədəniyyətini təqdim edəcək, həmçinin Kolumbiyaya əyani səyahət edərək bu ölkənin təklif elədiyi ticarət, investisiya və turizm imkanları barəsində də məlumat verəcək.

“Bir çoxlarınızın da bildiyi kimi, Kolumbiya Hökuməti diplomatik missiyasını Azərbaycanda 2014-cü ildə Sakit Okeanı Alyansı çərçivəsində açıb. Lakin diplomatik münasibətlərimiz 90-cı illərə uzanır, bu münasibətlərin yaradılmasının 25 illiyini 2019-cu ildə qeyd etmişik. Bu 25 ildə Azərbaycanla daimi və konstruktiv siyasi dialoqumuzun əsasında çox geniş və müsbət aəlaqələr qurmağa nail olmuşuq. Elə bir əlaqə ki, bu, ticarət, mədəni, təhsil və texniki əməkdaşlıq sahələrində daha da inkişaf edir. Prezident İlham Əliyevə Kolumbiyanın Azərbaycandakı birinci Səfiri kimi etimadnaməmi təqdim etdiyim zamankı görüşümdə də qeyd etdiyim kimi, Azərbaycanla əlaqələrimizi genişləndirmək naminə səy göstərəcəyimi bildirmişdim. Biz münasibətlərimizin gələcəyinə ümidlə baxırıq, çünki hər iki ölkənin böyük potensiala malik olması, siyasi və iqtisadi sabitlikdən irəli gələn inam bizə bunu əminliklə deməyə imkan verir” deyən səfir əlavə edib ki, Azərbaycanı özlərinə hər zaman dost ölkə, böyük iqtisadi və siyasi inkişafa malik, mühüm stratejik mövqeyi, zəngin təbii yataqları və xüsusən də insan kapitalına yatırımlar edən dövlət kimi görürlər.

Səfir Luis Antonio Dimate Kardenas Kolumbiyanın da böyük potensiala malik olduğunu deyib. Bildirib ki, Kolumbiya Cənubi Amerikanın şimal-qərb küncündə, Karib dənizi hövzəsi və Sakit okean sahillərinə çıxışı olan, uca qarlı dağlarla əhalənmiş, Amazon çayına qədər uzanan geniş düzənlikləri və sıx meşələri olan ölkədir. Onun coğrafi imkanları böyük iqlim müxtəlifliyinin və biomüxtəlifliyin olmasına gətirib çıxarır.

“İki milyon kvadratkilometrdən çox əraziyə malik olan Kolumbiya, regionda ərazisinə görə 5-ci böyük ölkədir və burada müxtəlif yerli qəbilələrin də daxil olduğu 50 milyon əhali yaşayır. Kolumbiya siyasi cəhətdən də sabit ölkədir. Müxtəlif zorakılıq təhdidlərinə baxmayaraq, qanunlara hörmətlə yanaşan, qarşısına qoyduğu məqsəd və vəzifələri tanıyan, bunun öhdəsindən gəlmək üçün bütün səyləri ilə çalışan, Kolumbiyada daimi sülhü bərqərar edərək butün əhalini öz ətrafında birləşdirən, bütün enerjisini iqtisadi və sosial inkişafa xərcləmək üçün mübarizə aparan dövlətdir. Elə bir ölkə ki, hər dəfə dünyada öz sözünü deyir, bəşəriyyətin üzləşdiyi problemlərdə və vəzifələrdə öz tohfəsini verir, digər öklərə yaxınlaşmaq, onlarla müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün yollar axtarır”, - deyib səfir Luis Antonio Dimate Kardenas.

Diplomat qeyd edib ki, Kolumbiya makroiqtisadiyyatını inkişaf etdirmək üçün ciddi və məsuliyyətli idarəetmə sistemi sayəsində, inflyasiya və büdcə defisitlərini yaxşı idarə edərək iqtisadi sabitliyindən hazırda zövq alır. Belə ki, Kolumbiya öz tarixi boyu heç vaxt hiperinflyasiya və xarici borclarının ödənməsində əziyyət çəkən ölkə olmayıb.

2019-cu ildə Kolumbiyanın Ümümdaxili Məhsula görə dünyada 38-ci, ümumi ixrac gücünə görə 54-cü, ümumi idxal həcminə görə isə 51-ci yeri tutduğunu xatırladan səfirin sözlərinə görə, Kolumbiya Latın Amerıkasında Brazilya, Meksika və Argentinadan sonra ən böyük iqtisadiyyata malik dördüncü ölkədir.

Səfir qeyd edib ki, ölkəsində xarici investisiya üçün əlverişli mühit mövcuddur. Belə ki, son 10 il ərzində 45 milyard dollar cəlb edə bilib.

“Kolumbiya təbiət rəngarəngliyinə, zəngin mədəniyyətə, etnik müxtəlifliyə malik, turizm imkanları geniş və cəlbedici olan ölkədir. Son 10 ildə turizmin sürətli inkişafı, məsələn, 2019-cu ildə ölkəyə 4,5 milyon turistin səfər etməsi ilə nəticələnib. Bütün bunları bir yana qoysaq, Kolumbiya xusüsilə qəhvənin yetişdiyi diyardır. XX əsrdə üzun illər boyu bu məhsul bizim iqtisadiyyatımızın özülünü, mədəniyyətimizin özəyini təşkil edib, əməkdaşlıq və həmrəylik nümunəsinə çevrilib. Biz kolumbiyalılar dünyanın ən narın qəhvəsini istehsal etməkdən qürur duyuruq: “Arabica”nın ən dadlı növü biozdə yetişir. Hansı ki, bu növ yüksək keyfiyyətli yumşaq təamı və turşməzə, sitrus və şokolad çalarlarını özündə ethiva edir. Hazırda Kolumbiya qəhvə istehsalına görə, dünyada Brazilya və Vyetnamdan sonra 3-cü yeri tutur. 2020-ci ildə 2,5 milyard dollarlıq qəhvə ixrac edib” deyən səfir əlavə edib ki, 2007-ci ildə Kolumbiya qəhvəsi qorunan məhsul statusu alıb. 2011-ci ildə isə UNESCO, Kolumbiyanın ən çox qəhvə yetişdirdiyi Qəhvəçilər Bölgəsini Ümumdünya Mədəni İrs siyahısına daxil edib.

Daha sonra “Urban Coffee”nin müdiri Anar Məmmədov və “ABA Factory”nin sahibi Murov Məmmədov çıxış edərək təqdimatına toplaşdığımız Kolumbiya qəhvəsindən söz açıb, ölkələrimiz arasında bu iqtisadi-icarət əlaqələrinin inkişafını zəruri hesab ediblər.

Çıxışlardan sonra Kolumbiyanın ecazkar gözəlliklərini, dünyamiqyaslı qəhvə plantasiyalarını əks etdirən videoçarx nümayiş olunub. Tədbir Kolumbiya qəhvəsinin təqdimatı ilə başa çatıb.

Vüsal Tağıbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər