Rafael Cəbrayılov ittihamları rədd etdi

Rafael Cəbrayılov ittihamları rədd etdiBu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net xəbər verir ki, prokuror ittiham aktını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.

İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir