MEDİA-nın rəhbəri: "Say və məbləğ məsələsinə yenidən baxıla bilər"

MEDİA-nın rəhbəri: "Say və məbləğ məsələsinə yenidən baxıla bilər"“Biz MEDİA-nın bütün subyektlərini əhatə edən layihələrlə çıxış edəcəyik”.

Avrasiya.net-in xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələcəkdə maliyyə imkanı olarsa, say və məbləğ məsələsinə yenidən baxıla bilər:

“Biz bunun iqtisadi və hüquqi tərəflərini araşdırmalıyıq. Dəstək layihəsi media subyektinin bütün ehtiyaclarını ödəmək üçün deyil. Dəstək layihələri heç də mütəmadi olmalı deyil”.