Sizin Reklam Burada

Bələdiyyə sədri “avtoşluq” etdi, polisə aparıldı

Bələdiyyə sədri “avtoşluq” etdi, polisə aparıldıŞabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oglu Muradov “avtoşluğa” görə cərimələnib. Olay ötən ay baş verib. Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb. “Avtoş” bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.

Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi “VAZ-2107" markalı, Az 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb.

Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var. 44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib. Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb. Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub. (musavat.com)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər