Sizin Reklam Burada

Qazilərlə gənclərin görüşü keçirilib - Siyəzəndə

Qazilərlə gənclərin görüşü keçirilib - Siyəzəndəİyunun 25-də Gənclər Mərkəzində 26 İyun “Silahlı Qüvvələr günü” münasibətilə Vətən müharibəsi iştirakçısı olan qazilərlə gənclərin görüşü keçirilmişdir.

Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə şəhid ailərinin üzvləri, Vətən müharibəsinin iştirakçısı olan döyüşçülər, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və Vətən Müharibəsində şəhid olan döyüşçülərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Vətən müharibəsi qazisi, şəhər 2 saylı tam orta məktəbin hərbi hazırlıq rəhbəri Akif Quliyev, rayon ağsaqqalı Rafiq Yarıyev, şəhid atası Feyruz Əzimov və digərləri çıxış edərək görüş iştirakçılarını “Silahlı Qüvvələr günü” münasibəti ilə təbrik etmiş, Böyük Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad olunmasında şəhid və qazilərimizin rolundan ətraflı danışmışlar.

Görüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsi iştirakçılarının gənclər arasında tanıdılması, gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin yüksəldilməsi idi.

Tədbirdə mövzu ilə bağlı qısa videoçarx nümayiş olunub. Sonda Vətən müharibəsi iştirakçısı olan gənclər idarə tərəfindən fəxri fərmanlarla təltif edilib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.






#SilahlıQüvvələrgünü #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər