Sizin Reklam Burada

Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılar

Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılarErmənilər mənimlə əsir düşən azərbaycanlının üzərinə benzin töküb diri-diri yandırdılar.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün Yasamal rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə amansız işgəncələr verən erməni hərbçilər Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmədə zərərçəkmiş Yaşar Abduləliyev deyib.

1994-cü ildə Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə əsir düşən zərərçəkmiş erməni işgəncələrindən dəhşətli faktlar açıqlayıb: "Biz 3 nəfər azərbaycanlı əsir düşdük. Ermənistan MTN nümayəndəsi gəldi bizimlə söhbət eləməyə. Çox işgəncə verdilər. Eyvaz, Seymur və mənə amansız işgəncələr verdilər. Sonra bizi ayırdılar. Təxminən bir saatdan sonra Seymurun qışqırdığın eşitdik. Dedilər ki, Seymuru dindirərkən ona işgəncə veriblər, o müqavimət göstərib, ermənilər buna görə də Seymurun qollarını zəncirlə bağlayıb üstünə benzin töküb yandırıb.

Sonra bizi ayağımızdan və başımızdan zəncirlədilər. Çölə çıxanda Seymurun yanmış meyitini mənə göstərdilər.

Daha sonra Eyvazı da görmədim. Məni uzun müddət Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. 3 aydan sonra məni Şuşa həbsxanasına gətirdilər. Mənə o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına gətirib müalicə elədilər, sonra Şuşa həbxanasına qaytardılar.

Mkrtçyan, Qəhərmanyan, Petrosyan məni başladılar döyməyə. Mkrtçyan mənim ağzıma rezin bağladı, ağac parçası və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mktrtçyan Şuşa həbsxanasında bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirirdi.

Əsirlikdə Ağdərə, Şuşa və Suqovuşanda saxlanılmışam.

Mkrtçyan Suqovuşanda və Şuşa həbsxanasında azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.

Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtçyan Xocalı faciəsinin "qəhrəmanı"dır. Mkrtçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər