Sizin Reklam Burada

Ayurveda-Həyat elmi

Ayurveda-Həyat elmi
Bavitlunq Vanlalvavna
Hindistanın Azərbaycandakı səfiri


Hindistanın 5000 illik tarixə malik Ayurveda müalicə sistemi dünyanın bir çox bölgələrində aktuallıq qazanır. Ayurveda Sanskrit sözüdür və mənası "həyat elmi" deməkdir. Ayurveda sağlam həyat tərzi yaşamaq üçün istifadə olunan praktik üsulları və təbii vasitələrlə müalicəni elmlə birləşdirir və bu xüsusiyyətləri onu daha əhəmiyyətli və tanınmış edir.

Ayurveda sistemində müalicə tapmaqdan daha çox xəstəliklərin qarşısının alınmasına üstünlük verilir və buna görə də hazırda bütün dünyada müxtəlif fərdlər və cəmiyyətlər üçün son dərəcə aktualdır. Ayurveda sadə, lakin təsirli addımlar ataraq insan bədənində tarazlığı qorumağa çalışır. İnsan bədəninə ən uyğun pəhriz saxlamağa təşviq edən Ayurveda sistemində bu tarazlığı qorumaq üçün təbii-müalicəvi otlardan istifadə olunur. Ayurveda tamamilə bitki əsaslı elm olduğu üçün digər terapevtik dərmanlardan fərqli olaraq yan təsirləri yoxdur.

İnsan bədənində tarazlığa təsir edən amilləri öyrənmək Ayurveda elminin təməlini təşkil edir. Bədəndə tarazlığı dəyişdirə biləcək həm əqli, həm fiziki amillər, eləcə də daxili və xarici amillər ola bilər və bütün bunlar bədənimizdə xəstəlik kimi müşahidə etdiyimiz əlamətlərdə özünü göstərir. Buna görə tarazlığın bədəndə və zehində yenidən qurulması üçün tarazlığa təsir edə biləcək müxtəlif amilləri öyrənmək çox vacibdir.

Ayurveda öz əsasını bizi əhatə edən beş ünsürdən, yəni hava, od, su, səma və yerdən götürür. Bu beş ünsür üç böyük enerji növünə qruplaşdırılıb və Sanskrit dilində Vata, Pitta və Kapha adlanır. Bədənimizdə yuxarıda göstərilən beş ünsürün birləşməsinin təzahürü olan bu enerjilərin düzgün tarazlığı sağlam yaşamağın açarıdır. İnsan bədənində enerji axını tarazlaşdıqda, daha az stres olur, bu da bədənin özünəməxsus müdafiə mexanizmini inkişaf etdirir və immuniteti gücləndirir. Buna görə də bədəni xarici xəstəliklərdən qorumaqda daha təsirli olur.

21 iyun 7-ci Beynəlxalq Yoqa Gününü qeyd edərkən, yoqa ilə Ayurveda arasındakı əlaqəni anlamaq bizim üçün vacibdir. Mütəxəssislərin fikrincə, Ayurvedanın fəlsəfəsi ağlımıza və bədənimizə şəfa verməkdir, yoqa isə içimizdə gizli qalmış üstün qabiliyyətləri ortalığa çıxarmağa çalışır. Bu səbəbdən, iki elmi təlimin bir çox oxşar prinsipləri var və nəticə etibarilə müntəzəm olaraq fərdlər üçün birgə tətbiq edilmişdir.

Sağlamlıq, sağlam bədən və sağlam düşüncənin təbliğ edilməsi üçün Ayurvedanın əsl mahiyyətinin dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda daha yaxşı öyrənilməsinə ehtiyac var. Bu, fərdlərə və kütlələrə COVID-19 zamanı daha güclü özünə qulluq sistemini inkişaf etdirməyə köməklik göstərəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər