Sizin Reklam Burada

Daha bir məmur karantində oğluna toy etdi - DİN təsdiqlədi

Daha bir məmur karantində oğluna toy etdi - DİN təsdiqlədiQazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, oğluna toy məclisi təşkil etməsi ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, məlumatda toy mərasiminin iyunun 13-də Qazaxda M.Alıyevin həyətində təşkil olunduğu bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında həmin toyun bir ay əvvəl keçirildiyini bildirib.

“Saytlar iddia edirlər ki, toy məclisi iyunun 13-də baş tutub. Halbuki, toy bir ay əvvəl olub”.

Ehsan Zahidov toy sahibinin karantin qaydalarını pozduğu üçün cərimə olunub-olunmaması ilə bağlı sualımızı isə cavabsız qoydu.

Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər