Millət vəkili rayonda şəhid məzarını ziyarət edib - Fotolar

Millət vəkili rayonda şəhid məzarını ziyarət edib - FotolarMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov millət vəkili seçildiyi Şabran və Siyəzən rayonlarında Qarabağ şəhidlərini yad etməkdə davam edir.

Avrasiya.net xəbər verir ki, millət vəkili bu günlərdə Şabran şəhəri Surra kəndində Qaradağ müharabisəndə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsini fəth etmiş, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunan Həsənov Xəyal Əliyulla oğlunun məzarını ziyarət edib. Şəhidin məzarı üstünə çiçək dəstələri qoyub, ruhuna dualar oxuyub.

Millət vəkili şəhidlərimizlə qürur duyduğunu və fəxr etdiyini deyib. O, söyləyib ki, şəhidin axıtdığı qan və dəfn olunduğu yer həmişə ziyarət yerimiz olmalıdır.

S.Qurbanov qeyd edib ki, Azərbaycan xalqı belə qəhraman oğullarımızla fəxr edir və onları heç vaxt yaddan çıxarmayacaq.

Şəhidin atası Əliyulla kişi və kənd sakinləri şəhidin qoçaqlığından bəhs ediblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranları və qazilərə dəstəkdən razılıqlarını bildiriblər.