QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni komanda yığılır - İcraçı direktordan ilk AÇIQLAMA
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni rəhbərliyi hazırda qurumda təhvil-təslim, əməkdaşların təyinatı ilə bağlı işlər həyata keçirir.
Modern.az-a daxil olan nəlumata görə, keçmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında formalaşan Agentlik əvvəlki icra katibliyinin bütün əməkdaşlarını buraxıb və hazırda yeni komanda yığılır.
Bu haqda Modern.az-a qısa açıqlama verən Dövlət Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Fuad Dərgahlı qeyd edib ki, hələ ki, geniş danışa bilməz:
“Təyinatım bu yaxınlarda olduğu üçün hələlik geniş açıqlama verə bilmərəm. Hazırda Agentlikdə rəsmiləşmə işləri gedir. Yaxın günlərdə mətbuata agentlikdə olacaq yeniliklər barədə məlumat veriləcək”.