Sizin Reklam Burada

Komitə sədri uşaqları TƏBRİK edib - Daima sağlam və gülərüz olasınız!

Komitə sədri uşaqları TƏBRİK edib - Daima sağlam və gülərüz olasınız!Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Əziz, gözəl və sevimli uşaqlar!

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Bu xoşbəxt gününüz münasibəti ilə sizi ürəkdən təbrik edirəm! Daima sağlam və gülərüz olasınız!

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb və Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarix xüsusi olaraq qeyd edilir. Hər bir cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlı­ca sosial məsuliyyətidir.

Ölkəmizdə uşaqlara qayğının təcəssümü olan bu məsuliyyətin dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərərək deyirdi: “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”.

Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətinin uşaqlarısınız! O dövlətin ki, dünyanın güclü dövlətləri siyahısında özünə məxsus yeri var. Məhz cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqillik dövrünün uşaqları böyüyərək torpaqlarımızı 30 illik erməni işğalından cəmi 44 gün ərzində azad etdi. Bizim dövlətimiz çox güclüdür. İnanıram ki, sizlərdə böyüyüb dövlətimizi daha güclü, daha müasir edəcəksiniz.
İlham Əliyevin apardığı siyasətin əsasını sizin hərtərəfli şəxsiyyət və ölkə­mizin layiqli vətəndaşı olaraq formalaşmağınız üçün gördüyü işlət təşkil edir.
Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir".

Dövlətimiz bütün sağlam uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların da cəmiyyətə inteqrasiyasını daima diqqət mərkəzində saxlayır. Belə ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Eyni zamanda Mehriban xanımın təşəbbüsü ilə əlilliyi olan uşaqların tam sağalaraq cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir.

Mən bilirəm ki, siz çox güclüsünüz!
Biz də çox xoşbəxtik ki,siz müstəqil Azərbaycanın gələcəyisiniz!

Həm də ona görə xoşbəxtik ki,siz bizim arzularımızın ümid yerisiniz!

Biz böyüklər, həm də gözəl bilirik ki, gələcəyimizi, yəni sizləri nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Hamınızı bir daha təbrik edirəm! Xoşbəxt olun!!!
Tanrı Sizləri və Sizi sevənləri qorusun!! Amin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər