Sizin Reklam Burada

Komitə sədri qanun layihəsi ilə bağlı çıxış edib

Komitə sədri qanun layihəsi ilə bağlı çıxış edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə bağlı çıxış edib.

Avrasiya.net millət vəkilinin çıxışını təqdim edir:

Dəyərli Sahibə xanım, hörmətli deputatlar !

Öncə qeyd edək ki, müzakirəyə çıxarılan Qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunmuş, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 19 may tarixdə keçirilmiş iclasında baxılaraq birinci oxunuş üçün Parlamentin plenar iclasının müzakirısinə tövsiyyə edilmişdir.

BOEM müasir dünyamızda rolunu və əhəmiyyətini nəzərə alaraq, bu sahə ilə bağlı həm dünyada , həm də Azərbaycanda olan mövcud vəziyyətlə sizi məlumatlandırmaq istərdim.

Hal-hazırda bir çox inkişaf etmiş ölkələr enerji mənbələrinin idxalından asılılığı azaltmaq, daxili təbii və bərpa olunan resurslardan istifadə etmək, karbon emissiyalarının yaratdığı qlobal istiləşmə probleminin aradan qaldırlmasına töhfə vermək məqsədilə müasir çağırışlara uyğun ekoloji siyasət həyata keçirirlər.

Beynəlxalq təşkilatların hesabatlarına əsasən demək olar ki, bərpa olunan enerji mənbələrindən enerji məqsədli istifadəyə hər il təqribən 300 milyard ABŞ dolları investisiya yatırılır. 2010-2019-cu illərdə bu sahəyə yatırılmış investisiya 2.7 trilyon ABŞ dollarından çox olmuşdur. Hal-hazırda dünyada 161 ölkə bu sahədə müəyyənləşdirilmiş siyasətə malikdir və 61 ölkənin elektrik enerjisini tam şəkildə BOEM-dən qarşılamaqla bağlı hədəfi mövcuddur, 1 ölkə isə (Danimarka) bütün enerji istehlakını BOEM-dən əldə etməyi hədəfləyir.
Artıq dünya üzrə qoyuluş gücünün üçdə biri, istehsal edilən elektrik enerjisinin 27%-i bərpa olunan enerji mənbələrinin payına düşür. 2025-ci ilə qədər bərpa olunan enerjinin kömürü keçərək elektrik enerjisi istehsalında birinci yeri tutması gözlənilir.

İndi isə Azərbaycanda bu sahədəki vəziyyət haqqında danışmaq istəyirəm.

Dünyada hasil edilən elektrik enerjisinin 75 faizi İstilik Elektrik stansiyalarının (İES), 16 faizi isə Atom Elektrik stansiyalarının (AES) payına düşür. Azərbaycanda isə istehsal olunan elektrik enerjisinin 90 faizini İES təmin edir. Respublikamızın hazırda elektrik tələbatını əsasən 13 İES və 6 SES ödəyir.

Elektrik enerjisi istehsalında İES-lərin böyük yer tutması, dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması və asanlıqla nəql edilməsi ilə əlaqədardır. Amma onların ekologiyaya vurduğu zərərlər bu gün insanları düşündürməyə sövq edir. Buna görə də Prezident İlham Əliyev yenə də bütün sahələrdə olduğu kimi, enerji sahəsində də dünyanın “nəbzini” tutaraq 2019-cu ilin 5 dekabrında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalamışdır.

Hal-hazırda Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı (iri su elektrik stansiyaları da daxil olmaqla) 17%-dir. İri su elektrik stansiyaları daxil edilmədiyi təqdirdə isə bu pay 2.3%-dir. İstehsalı isə iri SES- lə birlikdə 5,8%, BOEM payı isə 1,5%-dır.

Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri potensialı ilə zəngin ölkələrdən biridir, günəş enerjisi potensialı 23000 MVt, külək enerjisi potensialı 3000 MVt həcmində qiymətləndirilir. Külək və günəş enerjisi üzrə istismar edilən stansiyaların ümumi gücü isə təqribən 106 MVt-dır. Rəqəmlərdən də göründüyü kimi potensialdan istifadə lazımi səviyyədə deyildir.
Lakin uzaqgörən dövlət başçımız, cənab İlham Əliyev tərəfindən bu sahə iqtisadiyyatın prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib və 2030-cu ilə qədər BOEM-in payının 30%-ə çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Bu isə 2030-cu ilə qədər 1500 MVt yeni gücün istifadəyə verilməsi deməkdir.

Eyni zamanda dövlət başçısının tapşırığı əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasına da başlanılmışdır. Bu məqsədlə Energetika Nazirliynə müvafiq sərəncamla vəsait ayrılmış və Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə işlərə başlanılmışdır.

Bunlarla yanaşı müvafiq sərəncama uyğun olaraq, özəl investisiya hesabına pilot layihələrin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Abşeron, Xızı və Qaradağ rayonu ərazilərində 240 və 200 meqavatlıq külək və günəş enerjisi stansiyalarının inşasına start verilmişdir. Hazırda növbəti layihələr üzərində işlərə başlanılmışdır. Məsələn 230 MVt gücündə günəş elektrik stansiyasının, 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı investorlarla investisiya müqaviləsi imzalanmışdır.

İki layihənin icrası nəticəsində il ərzində 1.5 milyard kilovattsaat elektrik enerjisinin istehsalı, illik təqribən 330 milyon kubmetr təbii qaza qənaət, il ərzində təqribən 600 min ton karbon emissiyasının atılmasının qarşısının alınması nəzərdə tutulur. Layihələr üzrə ümumi investisiya qoyuluşu təqribən 810-850 milyon manatdır ($480-500 mln.).

Hörmətli Millət Vəkilləri!

Təqdim olunan qanun layihəsi Energetika Nazirliyi tərəfindən Beynəlxalq təcrübə ətraflı şəkildə təhlil edilərək və beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanmışdır. Qanun layihəsi hazırlanarkən beynəlxalq maliyyə qurumları, ölkəmizə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşunda maraqlı olan beynəlxalq investisiya şirkətləri və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilmiş, onların rəy və təklifləri öyrənilmişdir.
Qanun layihəsi preambuladan, beş fəsildən, 20 maddədən ibarətdir və enerji istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi məqsədi ilə dəstək mexanizmlərini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanunun qəbulu ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mühüm nəticələrin əldə edilməsinə, investisiyaların cəlbinə, ənənəvi enerji resurslarına qənaət edilməsinə və nəticədə ixrac potensialının artırılmasına, ətraf mühitə atılan tullantıların azaldılmasına, dövlət vəsaitlərinə qənaət edilməsinə və yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır.

Qanun layihəsinə 1-ci oxunuşda səs verməyinizi xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər