Sizin Reklam Burada

Toylar başlayır: qiymət qalxacaq, ət bahalaşacaq

Toylar başlayır: qiymət qalxacaq, ət bahalaşacaqToyların keçirilməsinə icazə verildikdən sonra qoyulan şərtlər şadlıq saraylarında qiymət dəyişikliyi yarada bilər.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli toyların keçirilməsinə icazə veriləcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

İqtisadçı bildirib ki, toyların hansı formada keçiriləcəyi toy xərclərinə təsir edəcək:

“Ehtimal var ki, ilkin olaraq toyların açıq havada keçirilməsinə icazə veriləcək. Nəzərə alaq ki, Bakı şəhərində açıq havada toylar təşkil edə biləcək restoranların sayı çox deyil, eyni zamanda, 1 ildən çoxdur yığılıb qalan toylar var. Bu da növbələrin yaranacağı, təlabatın artacağı və qiymətlərin qalxacağı deməkdir”.

Ekspert bildirib ki, pandemiya dövründə toylara qoyulan qadağa, kafe və restoranların işində müəyyən məhdudiyyətlər ət bazarında durğunluq yaratmışdı:

“Toylar bərpa olunduqdan sonra ət istehsalında da aktivlik müşahidə olunacaq. İlkin ehtimal odur ki, ət qiymətlərində də artım ola bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər