Nərimanov Rayon Ağsaqqallar Şurasının tədbiri keçirilib

Nərimanov Rayon Ağsaqqallar Şurasının tədbiri keçirilibBu gün Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçisi Kamal Əliyev və rayon ağsaqalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasından, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Ölkə ağsaqqallarının ictimai həyatda tutduqları mühüm mövqedən, o cümlədən yerli ağsaqqalların Nərimanov rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açıb. Ağsaqqalların məsləhətinə həmişə ehtiyacın olması barədə danışan icra başçısı dövlət rəhbərinin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi sahəsində qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd edib ki, ağsaqqal sözü hər zaman böyük əhəmiyyət daşıyır. Daha sonra Abdin Fərzəliyev toplantı iştirakçılarını və bütün rayon ağsaqqallarını bir daha 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük Zəfər münasibətilə təbrik edərək iclasın işinə müvəffəqiyyətlər arzulayıb.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verən Şuranın sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov qeyd edib ki, milli mentalitetimizdə, xalqımızın mənəvi dünyasında ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı hesab olunub. Bildirilib ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizin, xüsusilə də gənclərimizin vətənpərvərlik, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi önəm verir, bu sahədə bilik və bacarıqlarını əsirgəmirlər.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara verdiyi yüksək dəyərdən söhbət açan Eldar İbrahimov qeyd edib ki, hal-hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə təşkilat öz məhsuldar fəaliyyətini uğurla həyata keçirir. Natiq, həmçinin, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, şanlı Ordumuzun şücaəti sayəsində 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini vurğulayıb.

Sonra təşkilati məsələlər müzakirə edilib. Nərimanov Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul olunub. Şəhid atası Arif Hümbətov Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Arif Hümbətov ona və digər üzvlərə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün daha böyük əzmkarlıqla fəaliyyət göstərəcəklərini bildirib.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər natiqlər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər