Sizin Reklam Burada

Komitə sədri bərpa olunan enerji mənbələrinə dair qanun layihəsindən danışdı

Komitə sədri bərpa olunan enerji mənbələrinə dair qanun layihəsindən danışdı““Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadə haqqında” qanun layihəsi bugünkü dövrün tələblərinə uyğun hazırlanıb".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sabah komitədə müzakirə olunacaq qanun layihəsi barədə danışarkən deyib.

Komitə sədri bildirib ki, bərpa olunan enerji sektorunun, yaşıl iqtisadiyyatın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdən biridir:

"Demək olar ki, birincisidir. Qarabağ torpaqları azad olunduqdan sonra həmin ərazilərin “yaşıl zona” elan edilməsi qəbul olunacaq qanunun əhəmiyyətini daha da artırır.

Nəzərə alsaq ki, 2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırıması düşünülüb, yenə də bu qanunun əhəmiyyətini anlamaq çətin olmaz.

Bu qanunda dövlətin götürdüyü vəzifələr, sözügedən sahə ilə məşğul olan şəxslərin hüquq və vəzifələri müəyyən edilib. Qısa bir müddətdə qanun qüvvəyə minərsə, hesab edirəm ki, Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm əhəmiyyətə malik olacaq".

Sadiq Qurbanov qanun layihəsinin 5 fəsildən ibarət olduğunu da qeyd edib:

"Fəsillərin hər birinin özünəməxsus rolu var. Hər fəsil özünün fəaliyyət istiqamətini açıqlayıb.

Birinci fəsil ümumi müddəalardır. Bu fəsildə Azərbaycan Respublikasının Qanunvericiliyində bunun necə təsbit olunduğu, dövlət tənzimləməsi prinsipləri müzakirə olunacaq.

İkinci fəsil “Enerji mənbələrindən istifadəyə dəstək” adlanır. Burada dəstək mexanizmi öz əksini tapır.

Üçüncü fəsil “Elektrik enerji istehsalında bərpa olunan enerji mənbələrində istifadə sahəsində texniki və təşkilat tələblər və məlumatlandırma” adlandırılır. Bu fəsildə isə innovasiya sistemlərinin istehsalına icazənin verilməsi, elektrik şəbəkəsinə qoşulma və başqa məsələlər nəzərdə tutulur.

Dördüncü fəsildə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hüquq və vəzifələr” adlanır.

Sonuncu beşinci maddə isə “Bu qanunun pozulmasına görə məsuliyyət” adlanır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər