Sizin Reklam Burada

"Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır"

Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanımın Mehriban Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələrinə münasibətində politoloq Mirsamir Məmmədov bildirib.

Politoloq bildirib ki, tolerantlıq ənənələri Azərbaycanı dünyanın bənzərsiz multikulturalizm mərkəzinə çevirib: "Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün ­etnik qrupların nümayəndələri bir ailə kimi sülh, ­mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların ­arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".

M.Məmmədov onu da qeyd edib ki, Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir: "Bu gün ölkəmizdə müxtəlif dinlərə məxsus bütün dini abidələr dövlət tərəfindən qorunur, dini adət-ənənələri inkişaf etdirilir, qorunub saxlanılır. Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin burada bir araya gəlməsidir. Pandemiyadan öncəki illərdə müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianların, iudaistlərin və digər dini icmaların nümayəndələri də iştirak edirdilər. Üç əsas səmavi dinin nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir".

Politoloqun sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir: "Şuşada keçirilən "Xarıbülbül" festivalında ölkəmizdə yaşayan azsaylı xalq, etnik qrup və millətlərin özfəaliyyət ansambllarının çıxışları ölkəmizdə multikultural dəyərlərin qorunduğunu bariz nümunəsidir.

Eyni zamanda Şuşada yeni məscid təməlinin qoyulması, Şuşa Gövhər Ağa məscidinin bərpası və bunun ardınca Prezident və Birinci vitse-prezidentin bərpa edilmiş Qəbələdə Müqəddəs Məryəm Ana Alban kilsəsində, Müqəddəs Yelisey adına Cotari kilsəsində olmalarının ölkəmizdə multukultural dəyərlərə verilən önəmdir. Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı ­olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər