AVMA-nın 15-ci Ümumi Yığıncağı keçirilib

AVMA-nın 15-ci Ümumi Yığıncağı keçirilib6 may 2021-ci il tarixdə Bakı şəhərində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin 15-ci Ümumi (hesabat-seçki) Yığıncağı (zoom proqramı üzrəindən) keçirilib

Geniş təhsil ictimaiyyətinin qatıldığı tədbirdə müxtəlif təhsil müəssisələrindən olan müəllimlər, valideynlər, təhsil iştirakçıları, təhsil idarəediciləri, ekspertlər və mütəxəssislər, ziyalı alimlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Şəhidlərimiz yad edilmişdir. Birliyin icraçı direktoru Şahin Rəcəbov və Nəzarət Təftiş Komissiyasının sədri Mübariz Kərimli hesabatla çıxış etmiş, hesabat və görülən işlər nümayəndələr və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirdə dövlət orqanlarından “Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət İmtahan Mərkəzinin sektor müdiri Pərviz Kazımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, AVMA İB Ekspertlər Şurasının sədri Nadir İsrafilov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Fikrət Rzayev, Təhsil İnstitutunun aparıcı elmi işçisi, professor Zəhra Muradova, dünya sülh səfiri, professor, doktor Cəmil İzzətov, AVMA İB Agsaqqallar Şurasının sədri Məhəmməd Bayramlı, təhsil eksperti Nabatəli Qulamoğlu, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova, Dünya Azərbaycanlıları Diaspor qrupunun rəhbərləri, Rusiya, Türkiyə və Almaniyadan olan soydaşlarımız, məktəb direktorları, İsmayıllı, Şamaxı, Qusar, Lənkəran, İmişli, Şəmkirdən olan region nümayəndələri, QHT rəhbərləri, VMA filial rəhbərləri, valideynlər, müəllimlər, Ümumi Yığıncaq nümayəndələri iştirak edərək çıxış etmişlər. Çıxışçılar birliyin istər müharibə dövründəki fəaliyyəti, hərbi hissələrə dəstək, istər koronavirusla mübarizə kompaniyalarında, habelə, aztəminatlı təbəqələr, ailələr, valideynlərlə iş, məktəblərə dəstək, asudə vaxtın təşkili, sağlamlıq və sair istiqamətlərindəki gördüyü hərtərəfli fəaliyyəti yüksək dəyərləndirmişlər, valideyn-müəllim-şagird münasibətlərinin formalaşmasında AVMA İB-nin xüsusi rolu və əhəmiyyətini vurğulamışlar.

Yığıncaqda təşkilati məsələlərə baxılmış, Şahin Rəcəbov yenidən birliyin icraçı direktoru vəzifəsinə seçilmişdir. Birliyin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası seçilmişdir.

İdarə Heyəti aşağıdakı şəkildə formalaşmışdır.

Şahin Rəcəbov – AVMA İB icraçı direktoru
Zəhra Muradova – ARTİ aparıcı elmi işçisi, AVMA İB müşaviri, pedaqoji elmlər doktoru, professor
Nadir İsrafilov – Təhsil Nazirliyi yanında İctimai Şuranın müavini, AVMA İB Ekspertlər Şurasınınmüavini, təhsil eksperti
Məhəmməd Bayramlı – AVMA İB Agsaqqallar Şurasının sədri, təhsil veteranı
Nisə Cəlilzadə – AVMA İB müşaviri, təhsil eksperti
Sitarə Məmmədova – AVMA İB Seçim və Qiymətləndirmə komissiyasının sədri, təhsil metodisti
Camal Şərifov – AVMA İBbeynəlxalq məsələlər üzrə müavin
Rəşad İbrahimov – AVMA İB İzibati idarəetmə, Daxili Nəzarət və Monitorinq məsələləri üzrə müavin
Aybəniz Mahmudova – AVMA İB Təşkilati inkişaf və valideynlərlə iş üzrə müavin
Turqut Həsənli – AVMA İB Təbliğat, kommunikasiya və ictimai əlaqələr üzrə müavin
Zərbab Nəsirli – AVMA İB Gənclər və könüllülərlə iş üzrə müavin
Lalə Abdullayeva – Müəllim, Bakı
Dilşad Şinqarova – Əməkdar müəllim, rəhbəri, Qusar, təhsil müəssisə rəhbəri
Faiq Rüstəmov – İmişli, təhsil müəssisə rəhbəri
Xalid Seyidov – İsmayıllı, təhsil müəssisə rəhbəri
Digər təqdimatların İdarə Heyətində keçirilməsi qərara alındı.

Cari məsələdə Ümumi Yığıncaq nümayndələri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmiş, bizə qələbə şərəfini yaşatmış müzəffər Ordunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası, milli maraqların beynəlxalq səviyyədə qorunması istiqamətində atdığı ugurlu və ardıcıl mübarizəni yüksək dəyərləndirərək, onun bu şərəfli mücadiləsində çoxminli valideyn-müəllim ordusunun dəstəyini ifadə etmiş, ölkə Prezidentinin apardığı islahatların ugurla nəticələyəcəyinə əminlik bildirilmişdir.

Ümumi Yığıncaqda, həmçinin, mütəxəssis və ekspertlərin, dövlət orqanlarının, QHT-lərin, icmaların, geniş təhsil ictimaiyyətinin və medianın iştirakı ilə Ümumrespublika Valideyn Təhsil Forumunun keçirilməsi, valideynləri narahat edən məsələlərin geniş ictimai müzakirəsi təşəbbüsü bəyənilmişdir.

Ümumi Yığıncaq öz işini Antalya Kanal VTV, “Sizə Salam gətirmişəm” proqramının qurucusu Sevil Çakarın və “VMA Istedadlar Bankı”nın istedadlı uşaqlarının ifaları ilə başa çatmışdır.