Sizin Reklam Burada

Hadruta fasiləsiz içməli su verilir - “Azərsu”

Hadruta fasiləsiz içməli su verilir -  “Azərsu”İşğaldan azad edilən Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin edilib.

Avrasiya.net-in məlumatına görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib.

A.Cəbrayıllı qeyd edib ki, Hadrut qəsəbəsi işğaldan azad olunanda hərbçilərimizin su təchizatında müəyyən problemlər yaranmışdı:

“Lakin ötən ilin 10 noyabr tarixində imzalanan 3 tərəfli sazişdən sonra “Azərsu” ASC-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olundu. Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi. Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə artezian quyuları işə salındı. Bununla da Hadrutda olan şəxsi heyətin su təhcizatı təmin edildi. Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirdik, orada təmizləmə işləri aparıldı.

Anbarlar əlaqələndirildi, su nümunələri götürülüb yoxlanıldı. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təhcizatı təmin edildi. Artıq orada olan hərbi hospital və mülki binalar "Azərsu" ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur. Ötən müddətdə Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb”.

Qurum rəsmisinin sözlərinə görə, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər