Sizin Reklam Burada

İnsanda ləyaqət, ədalət həm də cəsarət olarsa... Bir daha Əhmədli bələdiyyəsi haqqında

İnsanda ləyaqət, ədalət həm də cəsarət olarsa... Bir daha Əhmədli bələdiyyəsi haqqındaBura Xətai rayonu Əhmədli qəsəbəsi Şahin Səmədov küçəsidir.(https://www.youtube.com/watch?v=9O66QcP25W8&t=35s) Diqqətlə baxsaq XXI əsrdə Bakı şəhərinin mərkəzə yaxın hissəsində açıq və yararsız vəziyyətdə olan kanalızasiya xəttinin düz “kəndin” mərkəzindən keçdiyini və hansı vəziyyətdə olduğunu görərik. Bəzi yerdən isə xəttin nasazlığı ucbatından yola axan kanalizasiya suyu asfaltı yuyaraq biabırçı vəziyyətə salıb. İcra nümayəndəliyinin rəsmiləri, həm bələdiyyə sədri, həm üzvlər, həm də qulluqçular yoldan istifadə etdiyindən bu mənzərə ilə hər gün qaşılaşırlar. Biz qəsəbənin ən işlək küçəsindəki vəziyyəti haqqında danışırq. O birilərində isə bundan daha pis vəziyyətdə olduğunu ehtimal etmək olar. Qəsəbədə olarkən qarşılaşdığım sakinlər söylədilər ki, dəfələrlə danışılıb, deyilib, xüsusən də səs verdiyimiz bələdiyyəyə dəfələrlə müraciət etmişik. Sakinlərdən birinin fikri isə belə oldu: “Bələdiyyədən əlimizi üzmüşük. Çünki nə işlər görür, hansı addımlar atır məlumatımız yoxdur. Sədri ümumiyyətlə yerində tapmaq mümkün deyil. Onsuzda bələdiyyənin pulu yoxdur. Bəs səs vermişik, heç olmasa biz əvəzdən qabağa düşüb məsələ qaldırsın, həllinə nail olsun. Belə olmaz axı.”

Bundan əvvəl Əhmədli bələdiyyəsinin fəaliyyətsizliyi barədə qısa şəklidə olsa da öz münasibətimizi və fikirlərimizi qeyd etmişdik. İlkin reaksiyalarda yazıda səslənən məqamların həqiqət olduğu bir daha qeyd edilmiş, zəng edənlərin bəziləri yazının bəzi məqamlarının çox “mülayim” formada ifadə etdiyimizə görə hətta bizi qınamaları diqqətimizdən qaçmadı. Biz əslində bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə səy göstərdiyimiz və bu problemlərin həllinə çalışdığımız halda adıçəkilən bələdiyyənin neqativ fəaliyyətini qabaratmağımızın kökündə Əhmədli bələdiyyəsində sakin-bələdiyyə münasibətinin bu şəkildə qurulmasından narahat olmağımız dayanır. Çünki yerində saymaq, sakinin fikirlərini saya salmamaq, ictimai rəyi nəzərə almamaq ən azı sədrin bacarıqsızlığından xəbər verir.

Bu günlərdə ünsiyyət saxladığım bələdiyyə sədrlərindən olan Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bizimlə söhbət əsnasında insanın və xüsusəndə bələdiyyə sədrlərinin hansı keyfiyyətə malik olmasıyla bağlı çox maraqlı bir məqama toxundu. Yəni insanlarda, xüsusəndə bələdiyyə sədrində üç keyfiyyət - ləyaqət, ədalət və cəsarət birlikdə cəm olarsa, o insanın, o bələdiyyə sədrinin ərazidə çəkisi, hörməti və nüfuzu da çox yüksək olacaq.

Müşahidələr göstərir ki, deyilənləri Əhmədli qəsəbəsinin rəsmilərinə və xüsusən də bələdiyyəsinə aid etmək olmaz.

Qaldı ki, Xətai RİH-ə, düşünürəm ki, söhbətin Xətai rayonunda yaranmış vəziyyətdən getdiyindən müharibə veteranı olan rayonun siyasi rəhbəri, mənimdə hörmət etdiyim Rafiq Quliyev Əhmədli qəsəbəsində, o cümlədən bələdiyyəsində yaranmış vəziyyətə aydınlıq gətirməklə əvvəlki yazılarda qaldırdığımız məsələlərə öz münasibətini tezliklə bildirəcəkdir.

Vüqar Tofiqli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər