Koronaya yoluxan məktəb direktoru vəfat etdi
Dərc olunub:
29-04-2021, 10:52
Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Füzuli rayon Təhsil Şöbəsi məlumat yayıb.
Bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.
M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.