Sizin Reklam Burada

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilibBu gün Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Şuradan Avrasiya.net-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonumuzun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallarımız hər zaman xüsusi rol oynayıblar. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən qürurla söz açan rayon rəhbəri qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində Abşerondan olan oğullarımız da böyük qəhrəmanlıqlar göstəriblər. Belə mərd oğulların yetişdirilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Sonda İradə xanım Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Sonra o, Azərbaycan Ağsaqqallar Şurası haqqında, yerli təşkilatların tərkibi, əsasnaməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək, bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. 30 illik münaqişəyə 44 gün ərzində son qoyulduğunu, düşmən üzərində qazanılan böyük Qələbənin hərb salnaməsinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır. Daha sonra o bildirib ki, davam edən koronovirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin başçılığı altında ağsaqqalların fəaliyyəti və nüfuzu günü-gündən daha da artır.

Sonra təşkilati məsələlər müzakirə olunub. Abşeron Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Nadir Ağayev yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər natiqlər Abşeron Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər