Azad Rəhimovun vəziyyəti AĞIRLAŞDI
Dərc olunub:
28-04-2021, 14:26
“Azad Rəhimovun vəfat etməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.
Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O qeyd edib ki, ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb: "Yenə də Allahdan ümid kəsilməz".
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur.
1964-cü il təvəllüdlü Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib.