İcra başçısı niyə həbs edildi? – Prokurorluq
Dərc olunub:
28-04-2021, 13:11
Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov və İH-nin digər 7 məmurunun həbsi ilə bağlı məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama yoxdur. Buna görə də iki gündür həbs xəbəri yayılan başçı və ətrafının hansı maddələrlə ittiham edildiyi ictimaiyyətə bəlli deyil.
Əməliyyatı həyata keçirdiyi bildirilən DTX-nin mətbuat xidməti ilə əlaqə saxlamaq və informasiya almaq hələ də mümkün olmayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov isə Axar.az-a bildirib ki, Şəmkirdəki əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirmədiyindən, bununla bağlı heç bir informasiyaya malik deyillər.