Sizin Reklam Burada

MEDİA qurum haqqında yayılan informasiyaları yanlış adlandırdı

MEDİA qurum haqqında yayılan informasiyaları yanlış adlandırdıMedianın İnkişafı Agentliyi (MEDİA) qurumla bağlı mətbuatda yayılan informasiyalara aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər.

“Tender, təkliflər və kotirovka sorğusu kimi bir mənbədən satınalma da qanunla müəyyənləşdirilən metodlardan biridir. Belə ki, təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ vardır.

Beləliklə, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin və müşahidəçi dövlətin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VIII iclasının 9-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilməsinin təşkili məqsədilə istinad olunan hüququndan istifadə edib, yaşadığımız tarixi mərhələdə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbir həm yerli, həm də xarici mediada geniş işıqlandırılıb.

Təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılması jurnalistikanın ən başlıca vəzifələrindən olsa da, peşəkar və məsuliyyətli jurnalistikanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir sıra media nümayəndələri tərəfindən hələ də tam mənimsənilməyib. İnanırıq ki, media sahəsində həyata keçirilən və Agentliyin də əsas tərkib hissəsi olduğu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək və ali məqsədi həqiqəti yaymaq, əsas peşəkarlıq meyarı isə obyektivlik olan keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər