Xocavənddə Njdenin abidəsi mayın 9-dək söküləcək
Dərc olunub:
21-04-2021, 14:11
Xocavənddə erməni faşist Qaregin Njdeyə qoyulan abidə mayın 9-na qədər söküləcək.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan yayıb.
O, Qarabağdakı separatçıların qarşısında Njdenin abidəsinin sökülməsindən başqa heç bir seçimin qalmadığını deyib.
Qeyd edək ki, Njdenin abidəsi yanvar ayında Xocavənd şəhərində peyda olmuşdu.