Sizin Reklam Burada

"Ağıllı şəhər", "Ağıllı kənd" dedikdə... - Komitə sədri aydınlıq gətirdi

"Ağıllı şəhər", "Ağıllı kənd" dedikdə... - Komitə sədri aydınlıq gətirdiAzərbaycanın işğaldan azad edilmiş bölgələrində şəhər və kəndlərin bərpasında "Ağıllı şəhər", "Ağıllı kənd" konspesiyasından istifadə olunacaq. Aprelin 19-da Prezident İlham Əliyev Azərbaycan bununla bağlı Sərəncam imzalayıb. Sənəddə Konsepsiyanın hazırlanması üçün hökumət üzvlərindən ibarət İşçi qrupu yaradılıb.

Bəs "Ağıllı şəhər", Ağıllı kənd" konspesiyası nə deməkdir, özündə nəyi ehtiva edir?

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "AzPolitika.info"-ya bildirib ki, sözügedən layihə texnologiyanın istifadə edildiyi, mənbələrin davamlılığının saxlanıldığı və beləliklə yaşam səviyyəsinin yüksəldildiyi şəhərlərlər və kəndlərdir.

Onun sözlərinə görə, "Ağıllı şəhər"in ən əsas üstünlüyü şəhərdə yaşayan insanlar üçün bütün mlumatların toplanmasıdır: "İnternet vasitəsi ilə toplanan məlumatlar dəyərləndirilir və onun əsasında şəhərin problemlərini həll etməyə yönələn əsaslı tədbirlər görülür. Bu tədbirlərin hər mərhələsində informasiya texnologiyalarından yararlanılır. "Ağıllı şəhər" sistemində evlərdə, yollarda, parklarda, xəstəxanalarda, körpülərdə, tunellərdə və yaşıl zonlarda, yəni şəhəri təşkil edən hər şeydə müasir informasiya texnologiyasından istifadə olunur. Beləliklə, nəqliyyat və enerji istifadəsində məhsuldarlığın artırılması hava, işıq və səs-küyün azaldılması, su qaynaqlarından düzgün istifadənin təmin edilməsi kimi bir çox faydalarını saymaq olar".

Millət vəkili qeyd edib ki, bunun nəticəsində, şəhərdə yaşayan insanlar daha yaxşı xidmətlə təmin olunur və onların həyat səviyyəsi yüksəlir: "Ağıllı nəqliyyat" sistemi yoldakı tıxac haqqında məlumat toplayır və tıxacların azalmasına, qəzaların qarşısının alınmasına aid tədbirlər görür. Sakinlərə nəqliyyat vasitəsinin nə zaman gələcəyini, getmək istənilən yerə nə zaman çatacağını və s. kimi məlumatlar verir. Beləliklə, bu tədbirlər "Ağıllı şəhər"də yaşayanlarla paylaşılır və şəhər başçıları da piyada keçidlərinin inkişafını, velosiped və elektrik vasitələrdən istifadəni dəstəkləyərək karbon istifadəsinin azalmasını təmin edir. "Ağıllı dayanacaq" sistemi sürücülərə ən yaxınlardakı boş dayanacaq yerləri haqda məlumatları çatdırır. Beləcə, dayancaq yeri axtarılarkən, istifadə olunacaq yanacağa və zamana qənaət etmək təmin olunur. Komitə sədri "Ağıllı çevrə" sistemi haqqında da ətraflı məlumat verdi: "Bu sistem su toplama və çirklənmiş suyu təmizləmə metodu ilə saflaşdıraraq, təbii su qaynaqlarını sərfəli və aktiv istifadə edir. Məsələn, açıq məkanlardakı bitkiləri suvararkən, hava istiliyinə görə zamanı və miqdarını təyin edər. Beləliklə, lazımsız su istidadəsinin qarşısı alınar. Təbii qaynaqlar səmərəli istifadə olunar".

Millət vəkil daha sonra bildirdi ki, "Ağıllı işıqlandırma" sistemi də çox faydalıdır: "Məsələn, küçə işıqları bir vasitə və ya insan sezdikdə yanar, sonra isə sönər. Beləliklə, enerji istifadəsinə qənaət təmin olunar. Beləcə "Ağıllı şəhər"də yaşayanların vaxt itkisinin qarşısı alınır və yaşam keyfiyyəti yüksəlir".

S. Qurbanovun sözlərinə görə, "Ağıllı şəhər" yaratmaq hər nə qədər idarəçilərin məsuliyyəti kimi görünsə də bu sistemdən istifadə edəcək, faydalanacaq insanlar ondan agah olmalıdırlar. "Bütün bunlardan son nəticəyə gəlsək, məlum olar ki, "Ağıllı şəhər", "Ağıllı kənd" dedikdə, biz əsasən ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat, ağıllı biznes və bunların da fövqündə ağıllı dövlət idarəçiliyi dayanır,"-deyə millət vəkili vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər