Sizin Reklam Burada

Agentliyin yaradılması QHT sektorunda yeni mərhələnin başlanğıcı olacaq

Agentliyin yaradılması QHT sektorunda yeni mərhələnin başlanğıcı olacaq“Dövlət tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına daha çox diqqət ayrılacaq, QHT-lərin maliyyə imkanlarının və resurslarının artırılması gözlənilir”.

Bu fikirləri Modern.az-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasına münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, son zamanlar aparılan islahatların məqsədindən biri də ictimai nəzarətin inkişaf etdirilməsi və bu sahədə yeni çağırışlara adekvat cavab verməkdir.

“Qeyd olunan islahatların həyata keçirilməsində əsas aktorlardan biri də vətəndaş cəmiyyəti təşkilatlarıdır.

Prezident İlham Əliyev hər zaman qeyri-hökumət təşkilatların fəaliyyətinə xüsusi önəm vermiş və görüşlərində dəfələrlə ictimai nəzarətin vacibliyini, eyni zamanda müxtəlif tədbirlər planına QHT-lərin cəlb olunmasının vacibliyini qeyd etmişdir”.

Hüseynzadənin fikrincə, ölkədə aparılan islahatlar və yeni çağırışlar nəticəsində bütün sahələrdə olduğu kimi, QHT sektorunda da yeni idarəetmə mexanizmlərinin yaradılması günün vacib tələblərindən biridir:
“Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır.

Fərmanın giriş hissəsində qeyd edilib ki, “Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər”.

Ötən dövrün təcrübəsi və əldə olunan nəticələrin təhlili bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını tələb edir.

Sirr deyil ki, QHT-lər tərəfindən müxtəlif fəaliyyətlərlə bağlı dəfələrlə məsələlər qaldırılıb və QHT sektorun inkişafı üçün bəzi addımların atılmasının vacibliyi qeyd edilib.

Hesab edirəm ki, yeni agentlik vətəndaş cəmiyyətinin dayanıqlı inkişafına töhfə verəcək. QHT Şurasından fərqli olaraq, Agentliyin xeyli üstün hüquqları var. Öncə onu qeyd etmək lazımdır ki, Şuranın hüquqi statusunda qeyri-müəyyənlik var idi. Yeni yaradılan Agentliyin hüquqi statusu daha üstündür. Belə ki, Agentlik vətəndaş cəmiyyətinin inkişafı üçün əlavə hüquq və vəzifələr həyata keçirlməsinə səlahiyyətli olacaq.

Cənab Prezidentə təşəkkür edirik ki, QHT-lərin fəaliyyətinə əsas dəstək verəcək Agentliyin 1 ay müddətində inzibatı bina ilə təmin olunmasını da müvafiq quruma tapşırıb”.

C.Hüseynzadənin fikrincə, yeni Agentlikdə idarəetmə ilə bağlı dəyişikliklər Müşahidə Şurası üzvlərinin hüquqlarını artırmaqla yanaşı, həmin üzvlərin məsuliyyət məsələsini də əhatə edir.

“Cənab Prezident Müşahidə Şurasının 8 üzvünü QHT nümayəndələrindən təyin etməklə, idarəetmədə vətəndaş cəmiyyətinə üstünlük vermişdir.

Yeni yaradılan Agentliyin Nizamnaməsinə diqqət etsək görürük ki, bu agentliyə yeni və vacib səlahiyyətlər verilib. Bunlardan biri də qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməkdir. Son zamanlar ictimai nəzarətin daha yaxşı təmin olunması ilə bağlı narahatçılıqların meydana gəldiyi məqamda bu məsələnin önə çəkilməsi çox vacibdir”.

İctimai birliyin sədri qeyd edib ki, Agentliyin yeni səlahiyyətləri sırasında müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək diqqət çəkən məqamlardan biridir.

“Uzun müddətdir bu sahədə peşəkarlıqla bağlı narahatçılıqlar səslənirdi. Ümid edirik ki, yeni yaradılan Agentlik xarici təcrübəni tətbiq etməklə bu problemin də aradan qaldırılmasına töhfə verəcək”.

“Şuradan fərqli olaraq, yeni QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əlavə maliyyə mənbələrinin formalaşdırlması hüquqi da olacaq. Bu məqsədlə qrantlar, kreditlər və s. cəlb olunması mümkündür” deyən ekspertin sözlərinə görə, Agentliyin bir vacib funksiyası da dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq etmək olacaq.

“Bu problemlər bağlı QHT-lər dəfələrlə müvafiq qurumlar qarşında vəsatətlər qaldırsalar da, təəssüf ki, nəticəyə nail olunmayıb.

Agentliyin nizamnaməsi eyni zamanda, qurumun idarə, filial və nümayəndəliklərinin yaradılmasına imkan verir”.

QHT sədrinin sözlərinə görə, bu reallaşarsa region QHT-lərin inkişafı üçün mühüm töhfə ola bilər.

“Agentliyin vacib vəzifələrindən biri də onun fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi olacaq. QHT sektoru ilə bağlı vəziyyət haqqında təqdim ediləcək hesabat həm Agentliyin, həm də tərəfdaş QHT-lərin məsuliyyətini xeyli artırmaqla, ölkədə vətəndaş cəmiyyətinin daha da güclənməsini şərtləndirəcək”, - Cəsarət Hüseynzadə qeyd edib.

Yeni yaradılan qurumdan gözəntilər də böyükdür. Ekspert Agentliyin QHT-lər ilə birlikdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün yeni və daha münbit şəraitin yaradılmasına öz dəstəyini göstərəcəyinə ümid etdiyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər