Sizin Reklam Burada

Neftçalada icra olunacaq yeni içməli su layihəsinin təqdimatı olub

Neftçalada icra olunacaq yeni içməli su layihəsinin təqdimatı olubNeftçala Rayon İcra Hakimiyyətində rayonun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC-nin icra edəcəyi yeni layihənin təqdimatı olub.

Avrasiya.net-in “Azərsu”ya istinadən verdiyi məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov əhalinin su təchizatında yaranmış çətinliklər barədə məlumat verib.

O, qeyd edib ki, rayon ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizi suyunun çay boyunca əks istiqamətdə axması əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Ötən müddətdə əhalinin içməli su ilə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

“Azərsu”yun sədr müavini Etibar Məmmədov bildirib ki, ölkə prezidentinin 11 dekabr 2019-cu il tarixli sərəncamının icrası çərçivəsində “Azərsu” Salyan şəhərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral su xətti və tutumu 7500 kubmetr olan su anbarı inşa edib. 2020-ci ilin noyabr ayından Neftçala şəhərinin sakinləri keyfiyyətli içməli su ilə təmin olunur. Rayonun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda yeni layihənin icrasına başlanılacaq.

“Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov yeni layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Təqdimat zamanı qeyd olunub ki, Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində icra olunacaq layihə 12 yaşayış məntəqəsini əhatə edir. Bu kəndləri içməli su ilə təmin etmək üçün 11 km uzunluğunda magistral və ümumi uzunluğu 15,5 km olan paylayıcı su xətləri çəkilərək modul sutəmizləyici qurğulara suyun verilişi təmin olunacaq.

Tədbirdə Neftçala şəhərinin və kəndlərin su təchizatında mövcud vəziyyət, modul tipli su təmizləyici qurğuların su təminatı, ümumi istifadə üçün quraşdırlmış bulaqların və su çənlərinin mövcud vəziyyəti, sudaşıyan maşınlarla suyun daşınması və s. məsələlər müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər