Sizin Reklam Burada

Şuranın ləğv edilməsinə Azay Quliyevin – Şərhi

Şuranın ləğv edilməsinə Azay Quliyevin – ŞərhiAzərbaycan vətəndaş cəmiyyətinin inkişafında, qeyri-hökumət təşkilatlarının bundan sonrakı fəaliyyətinin yeni reallığa və mövcud tələblərə uyğun şəkildə qurulmasında, QHT və hökumət münasibətlərində də yeni keyfiyyət mərhələsinə keçiddə bu fərmanın çox böyük əhəmiyyəti var. Dövlətin qeyri-hökumət təşkilatlarına yönəlik siyasətində canılanma olacaq. Fərmandan irəli gələn bir çox dəyişikliklər həyata keçiriləcək. Ölkədə keçirilən hər bir islahatların əsas məqsədi dövlət qurumlarının fəaliyyətini maksimum şəkildə optimallaşdırmaq, effektivlik, şəffaflıq və əlçatanlığı yüksək səviyyəyə qaldırmaq və vətəndaşların məmnunluğunu artırmaqdır. Bu baxımdan agentliyin təsis olunması çox mühüm hadisədir.

Avrasiya.net xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi və Şuranın bazası əsasında Agentliyin yaradılması haqda imzaladığı fərmanla bağlı “Real İntervyu”ya müsahibəsində deyib.

Azay Quliyev bildirib ki, Agentliyin səlahiyyətləri daha çoxdur:

“Agentliyin Şuradan fərqi ondan ibarətdir ki, Şuranın statusu bəlli deyildi. Şura nə dövlət orqanı idi, nə qeyri-kommersiya təşkilatı, nə də publik hüquqi şəxs. İndiki statusda Agentlik publik hüquqi şəxs kimi təsis olunur. Publik hüquqi şəxsin qərar qəbulunda sərbəstliyi və idarəetmədə aydın mexanizmi mövcuddur. Agentliyin bu gün əldə etdiyi səlahiyyətlər imkan verəcək ki, QHT-lərin bir çox problemləri daha effektiv formada həll edilsin. Şuranın illik maliyyə fondu dövlət büdcəsi tərəfindən ayrılırdı və başqa mənbələrdən vəsait əldə etmək çox çətin idi. Agentliyin təkcə dövlət büdcəsindən deyil, digər mənbələr hesabına öz fondunu formalaşdırmaq, kredit və qrantlar cəlb etmək səlahiyyəti olacaq. Fond nə qədər böyük olarsa, QHT-lərin layihələrinə daha çox vəsait ayrılar və irəli sürülən layihələr dövlət tərəfindən daha çox dəstəklənər. Agentlik dövlət, QHT və özəl sektor aransında üçtərəfli əməkdaşlıq mühitini formalaşdıracaq. Bu da korporativ sosial məsuliyyət çərçivəsində özəl sektorun QHT-lərə fəaləyyətlərinə dəstəyini artıracaq və ictimaiyyətə yatırımı çoxaldacaq.

Agentliyə eyni zamanda ictimai nəzarətlə bağlı fəaliyyəti təşviq etmək səlahiyyəti verilib. Agentliyin idarəetmə orqanı dəqiq olaraq qeyd olunub, bunlar Müşahidə Şurası və icraçı direktordur. İcraçı direktor Agentliyin cari fəaliyyətinin təşkilini həyata keçirir. Əvvəlki təcrübədən fərqli olaraq, qəbul olunan qərarlar Şuranın 11 üzvünün hamısı və katib tərəfindən imzalanır. Eyni zamanda bugünki fərmanda Agentliyin bina ilə təmin olunması xüsusi bəndlə qeyd olunur. Şuranın indiyə qədər inzibati binası yox idi”.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Axar.az-a açıqlamasında bildirib ki, Agentliyin Müşahidə Şurasına hələ rəhbər təyin olunmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər