Sizin Reklam Burada

Ağsaqqallar bu dəfə Mingəçevirdə toplaşıb

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ağsaqqalları və ziyalıları iştirak ediblər. Toplantıda əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, şəhərin inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallarımızın böyük xidmətləri var.

Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayan İlham müəllim əmin olduğunu bildirib ki, müdrik və ziyalı insanlardan seçiləcək Şəhər Ağsaqqallar Şurasının tərkibi təşkilatın işini daha da aktivləşdirəcəkdir. 2020-ci ilin payız aylarında Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm qələbədən fərəhlə danışan şəhər rəhbəri qeyd edib ki, işğal olunmuş torpaqlarımızın azad olunmasında Mingəçevirdən olan onlarla oğullarımız öz qəhrəmanlıqları ilə şanlı tarix yazıblar. Belə qəhrəman oğulların yetişdirilməsində ağsaqqallarımızın da az əməyi olmayıb.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra o qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən ağsaqqallarımız 44 günlük Vətən müharibəsi zamanı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya, ikili siyasət aparan beynəlxalq təşkilatlara millətimizin gücünü və iradəsini nümayiş etdirdi. Əldə etdiyimiz bu birlik, Ali Baş Komandanın sarsılmaz qətiyyəti, şanlı Ordumuzun gücü və qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfər qazandıq. Eldar İbrahimov bildirib ki, hələ də davam edən koronovirus pandemiyasına və bundan irəli gələn bəzi çətinliklərə baxmayaraq, möhtərəm Prezidentimiz rəhbərliyi ilə bu gün Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi ölkəmizdə davam edən bu tərəqqi prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Hal-hazırda Şuranın sədri, millət vəkili Eldar Quliyevin başçılığı ilə təşkilatda ciddi şəkildə canlanma müşahidə olunur. Belə ki, bütün şəhər və rayon ağsaqqallar şuralarında təşkilati məsələlərə baxılır, seçkilər keçirilir. Artıq təşkilatın yeni Nizamnaməsi qəbul edilmişdir və hal-hazırda rayonlar üçün hazırlanmış Əsasnamələr qəbul olunur. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətində 2021-2023-cü illər üçün Şuranın iş planı hazırlanmışdır və həyata keçirilir. Əsas hədəf ölkəmizdə ağsaqqalların fəaliyyətini və nüfuzunu daha da artırmaqdır və biz əminik ki, təşkilatda təmsil olunan elm, mədəniyyət və ictimai-siyasi xadimlərimizin, tanınmış ziyalılarımızın köməkliyi ilə bu məqsədimizi həyata keçirəcəyik. Çünki ağsaqqallar bizim dünənimiz, bu günümüz və sabahımızdır.

Sonra təşkilati məsələlər müzakirə olundu. Mingəçevir Şəhər Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edildi. Akif Hacıyev yenidən Şuranın sədri seçildi. Konfransda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldı.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov və digər natiqlər Mingəçevir Şəhər Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzuladılar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər