Sizin Reklam Burada

Ağstafa, Qazax və Tovuz Rayon Ağsaqqallar Şuralarının yeni tərkibi formalaşdırılıb

Ağstafa, Qazax və Tovuz Rayon Ağsaqqallar Şuralarının yeni tərkibi formalaşdırılıbMüzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi
dövründə Azərbaycanda çox cəsur, mərd, vətənpərvər və yüksək intellektli gənc nəsil yetişib

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında seçkilər davam edir.

Şuradan Avrasiya.net-ə verilən məlumata görə, aprelin 14-15-də Şuranın sədr müavini Bayram Yusifovun iştirakı ilə Ağstafa, Qazax və Tovuz rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən bu konfranslarda ağsaqqallarla yanaşı rayon rəhbərliklərinin, ziyalıların və ictimaiyyətin nümayəndələri, həmçinin şəhid valideynləri də iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Toplantılarda Vətən müharibəsində həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra təşkilati məsələlərə baxılıb - yeni Əsasnamələr qəbul edilib, şəhər və rayon Ağsaqqallar Şuralarının sədrləri seçilibdir. Həmçinin Ağstafa, Qazax və Tovuz Rayon Ağsaqqallar Şuralarının İdarə Heyətinin və Təftiş Komissiyalarının yeni tərkibi formalaşdırılıb.

Konfranslarda çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yeni seçilmiş sədrləri, o cümlədən İdarə Heyətinin və Təftiş Komissiyalarının üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən bəri apardığı müdrik daxili və xarici siyasət nəticəsində addım-addım qələbəyə yaxınlaşdığımızdan və möhtərəm Prezidentimizin xalqımıza 30 ildir həsrətində olduğu möhtəşəm Zəfər sevincini yaşatdığından bəhs edib.

Bildirib ki, dövlət başçısının bütün bu illər boyu gördüyü işlər ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün bərpa edilməsinə, iqtisadiyyatımızın gücləndirilməsinə, digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıqların inkişaf etdirilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, həmçinin ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə, BMT-nin Təhlükəsilik Şurasına üzv seçilməsinə, İƏT-ə, Türk Şurasına, Qoşulmama Hərəkatına sədrlik etməsinə xidmət edib. Bayram Yusifov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda çox cəsur, mərd, vətənpərvər və yüksək intellektli gənc nəsil yetişib. Və həmin gənc nəsil dahi sərkərdə İlham Əliyevin başçılığı altında 44 günlük ölüm-dirim mübarizəsində böyük ruh yüksəkliyi, Vətənə, xalqa tükənməz məhəbbətlə, canı-qanı bahasına böyük Qələbəni qazandı.

O həmçinin qeyd edib ki, bütün qələbələrimizin, nailiyyətlərimizin davamlı, dayanıqlı olması üçün biz ağsaqqallar da üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi birləşməli, dünyaya möhtəşəm, güclü, haqq-ədalət tərəfdarı və məğlubedilməz xalq olduğumuzu sübut etməliyik. Sonda vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqallar hal-hazırda da ölkə Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub.

Tədbirlərdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və digər natiqlər təşkilatın yeni seçilmiş heyətini təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd edilib ki, ağsaqqallar ölkəmizin, o cümlədən şəhər və rayonların mədəni-ictimai həyatında mühüm rol oynayırlar. Hər zaman dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasətini gənclərimiz arasında təbliğ edən ağsaqqallarımız həm 44 günlük Vətən müharibəsində, həm də hal-hazırda pandemiya dövründə əhaliyə mənəvi dəstək olurlar. Həmçinin, çıxışlar zamanı ağsaqqlların məsləhət və tövsiyələrinə həmişə olduğu kimi bu gün də böyük ehtiyacın olduğu xüsusi vurğulanmışdır.

Sonda şəhər və rayonların yeni seçilmiş sədrləri, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri onlara göstərilmiş bu yüksək etimada görə tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirmiş və bu etimadı doğrultmaq üçün öz potensiallarından maksimum istifadə edəcəklərinə söz vermişlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər