“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub

“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulubRayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən 1 – 16 aprel tarixlərində keçirilən müsabiqə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 yarımbəndinin (Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması, yeniyetmə və gənclərdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə istedadlı və bacarıqlı yeniyetmə və gənclərin aşkara çıxarılması məqsədi daşıyıb. Müsabiqəyə şagirdlər tərəfindən 59 rəsm təqdim edilib.

Onlayn müsabiqənin nəticəsinə əsasən Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac I, şəhər 2 saylı tam orta məktəbin şagirdi Musazadə Zərnişan II, Uşaq İncəsənət Məktəbinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Mütəllimova Qızqayıt və Qabulova Günel III yerlərə, şəhər 1 saylı tam orta məktəbin şagirdləri Novruzova Ləman və Taşkıran Aişə, şəhər 2 saylı tam orta məktəbin şagirdi Abbasova Yazxanım, şəhər 3 saylı tam orta məktəbin şagirdi Qəhrəmanov Firuz, şəhər 5 saylı tam orta məktəbin şagirdi Salamov Kənan, şəhər 6 saylı məktəb-liseyin şagirdi Məmmədyarov Nihad, Balaca Həmyə kənd tam orta məktəbin şagirdi Şərifov Nəzrin, Böyük Həmyə kənd tam orta məktəbin şagirdləri İsgəndərova Rövşanə və Zeynalova Rəqsanə və Uşaq İncəsənət Məktəbinin şagirdi Qasımova Zöhrə həvəsləndirici yerlərə layiq görülüblər. Müsabiqənin qalibləri onlayn qaydada fəxri fərmanlarla təltif ediliblər.


#NarkotikəYoxDe #narkomaniya #AğÖlüm #rəsmmüsabiqəsi #müsabiqə #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz