Polkovnik-leytenant koronavirusdan vəfat etdi
Dərc olunub:
15-04-2021, 18:16
Samux rayon Polis Şöbəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Famil Bağırov koronavirus səbəbindən vəfat edib.
1969-cu il təvəllüdlü F.Bağırov bir müddət öncə COVID-19 virusuna yoluxub və dünən qəfildən vəziyyəti ağırlaşaraq vəfat edib.
F. Bağırov Samux RPŞ-nin Təşkilati-Analitik qrupunun baş inspektoru olub. (“Qafqazinfo”)