Sizin Reklam Burada

Türkdilli Ölkələrin Jurnalistlər Alyansı təsis edilib

Türkdilli Ölkələrin Jurnalistlər Alyansı təsis edilibTürkdilli ölkələr arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik yeni ictimai birlik təsis olunub.

Bu barədə "OLAYLAR"-a məlumat verən təşkilatın təsisçisi, Əməkdar Jurnalist Süleyman İsmayılbəyli deyib ki, "Türkdilli Ölkələrin Jurnalistlər Alyansı" İctimai Birliyi adlanan təşkilatı yaratmaqda məqsəd bu coğrafiyaya daxil olan ölkələr arasında media sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, eyni zamanda ayrı-ayrı ölkələrin media qurumlarında Azərbaycanın təbliği ilə bağlı məqalələr dərc etməkdir: "Bununla yanaşı həm Türkiyə-Azərbaycan Media Platforması, həm də bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında qəbul edilən qərarların icrasına dəstək olmağı düşünürük".

Süleyman İsmayılbəyli deyib ki, İctimai Birlikdə ölkənin tanınmış KİV-lərinin nümayəndələri təmsil olunur: "Artıq başda Türkiyə olmaqla bir sıra türkdilli ölkələrin media qurumları, federasiya və jurnalist təşkilatları ilə ilkin danışıqlar aparılıb və gələcəkdə birgə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub".

"Türkdilli Ölkələrin Jurnalistlər Alyansı" İctimai Birliyinin təsisçisi Süleyman İsmayılbəyli deyib ki, yaxın günlərdə müvafiq sənədlər dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər