Sizin Reklam Burada

Şabranda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

Şabranda Rayon Ağsaqqallar Şurasının iclası keçirilibŞabranda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının yığcam tərkibdə tədbiri keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, o cümlədən rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov çıxış edərək, ağsaqqallara, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Şabranda da böyük dəyər verildiyindən, onların da, öz növbəsində, rayonun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edib.

Qeyd olunub ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac hiss edilib. İcra başçısı, həmçinin, Şabranın inkişafında rayon ağsaqqallarının da üzərinə müəyyən vəzifələr düşdüyünü və onların hər birinin fədakar əməyininin vacibliyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun qazandığı parlaq Qələbə ağsaqqallarda da böyük ruh yüksəkliyi, tükənməz fəaliyyət əzmi yaradıb. O qeyd edib ki, gənc nəslin tərbiyə edilməsi istiqamətində möhtərəm Prezidentimizin siyasi, iqtisadi, hərbi və mənəvi istiqamətlərdə apardığı məqsədyönlü siyasətin və bu siyasəti hər zaman dəstəkləyən xalqımızın, o cümlədən ağsaqqalların səyi nəticəsində yetişən gənclərimiz öz canlarını fəda edərək torpaqlarımızı azad etdilər.

Vətənpərvər gənclərimizin bu qəhrəmanlıq salnaməsi bütün dünya xalqlarının gəncləri üçün bir örnəyə çevrildi. Artıq azad edilmiş həmin torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs edən Tahir Süleymanov əmin olduğunu bildirib ki, tezliklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın fədakar əməyi və tükənməz səyi nəticəsində Azərbaycanın bu dilbər guşəsi yenidən öz gözəlliyinə qovuşacaqdır. Respublika Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə öz fəaliyyətini bərpa edəcəkdir. Tahir Süleymanov onu da vurğulayıb ki, hal-hazırda millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində ciddi aktivlik müşahidə olunur.

Sonra təşkilati məsələlər müzakirə edilərək Şabran Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul olunub.

Həmçinin Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Sonda yenidən Şabran Rayon Ağsaqqallar Şurasının sədri seçilmış Bəhlul Abbasov və yeni üzvlər onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirərək, bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər